“Bu qədər məsafə üzündən mənim bəzi dostlarım təhsildən əl
çəkiblər. Dərslər saat 9-da başlayır və mən dərsə gecikməmək üçün
evdən ən gec 8-in yarısında çıxmalıyam.
Qışda bu vaxtlar hələ qaranlıq olur. Pis havalarda isə kəndin
yolları palçıqlı olur və sinfə çirkli şəkildə gedirik. Marşrutla
yalnız məktəbdən qayıda bilirik, o da həmişə yox,” – Saqareco
bələdiyyəsinin Yormuğanlı icmasının Qazlar kəndinin sakini, 9-cu
sinif şagirdi Karan Məmmədov bildirir.
Ləmbəli kənd məktəbinin bazasında fəaliyyət göstərən Qazlar natamam
ictimai məktəbində 150 şagird təhsil alır. Təhsil və Elm Nazirliyi
2013-cü ildə məktəb avtobusu təyin edib, lakin yerli sakinlərin
bildirdiyinə görə, nəqliyyat qeyri-müntəzəm xidmət göstərir ki, bu
da onları məcbur edir ki, təhsil və uşaqlarının təhlükəsizliyi
arasında sonuncu seçimi etsinlər.
“Mənim övladım 9-cu sinfə keçib oxumaq üçün qonşu kəndə göndərmək
istəmirdim, sonra heyfim gəldi, fikirləşdim ki, heç olmasa orta
təhsil almalıdır, bina görə də razılaşdım. Uşaqlar əhali yaşamayan
ərazilərlə 4 kilometr getməli olurlar, qışda saat 4-də artıq
qaranlıq düşür, hansı valideyn rahat ola bilər?! Məktəb avtobusu
təyin ediblər, lakin bəzən sürücü toyda olur, bəzən avtobus xarab
olur və axşam uşaqları evə gətirə bilmir,” – Rizvan Məmmədov
bildirdi.
Qızlara gəldikdə isə məsələ daha da mürəkkəbləşir. Yormuğanlı
sakinləri adətlərinə bağlıdırlar və çox vaxt uşaqlarını bu məsafəyə
yola salmaqdan çəkinirlər. Yerli sakin Afiq Əhmədov bildirdi ki,
Qazlarda yaşayan qızlar demək olar ki, səkkizinci sinifdən sonra
məktəbə getmirlər və orta təhsil ala bilmirlər.
“İki övladım var, hələlik Qazlarda oxuyurlar, lakin bilmirəm
sonralar bu qədər məsafəyə Ləmbəliyə necə göndərəcəm. Buna görə də
oxumaq istədiklərinə baxmayaraq, qız uşaqlarını məktəbə
qoymurlar.”
Gürcüstan və Avropa İttifaqı arasında Asosiasiya sazişinə əsasən
ölkə hakimiyyəti ümumi təhsilin mövcudluğu və keyfiyyətinin
yaxşılaşdırılmasına cavabdehdir. Bu haqda 2015-ci il fəaliyyət
planında qeyd olunub.
Gürcüstan hakimiyyəti 9 illik təhsilin hamı üçün pulsuz və əlçatan
olması üçün öhdəlik götürüb. “Mülki Təhsil İnstitutu”nun
mütəxəssisi TamarMosiaşvili qeyd etdiyinə görə, Avropa İttifaqı
müxtəlif sektorlar üçün yol xəritəsi hazırlayıb ki, burada da
ölkəmizin Avropa standartlarına yaxınlaşması üçün necə inkişaf
etməli olduğu konkret şəkildə qeyd olunub: “Aydındır ki,
şagirdlərin daşınmasını dövlət təmin etməlidir, belə ki, bu binanın
saxlanılmasından daha ucuz başa gəlir.”
Qazlar səkkizillik məktəbinin tarix müəllimi Ayat
İsmayılova-Əliyeva hesab edir ki, əgər nəqliyyat problemi həll
olunmasa gələn ildən təhsilini Ləmbəli məktəbində davam etdirməli
olan daha çox şagird eyni problemlə qarşılaşacaq.
Müəllimlərin bildirdiyinə görə şagirdlərin sistematik olaraq
dərsləri buraxması dərslərin keyfiyyətinə mənfi təsir edir.
Dərslərin keyfiyyəti kompleks problemdir və Avrointeqrasiya yolunda
bunun həlli mühüm əhəmiyyət kəsb edir.
TamarMosiaşvilinin dediyinə görə, əgər şagird müxtəlif səbəblərdən
məktəbə gedə bilmirsə, bu onun hüquqlarının pozulması deməkdir və
təhsilin əlçatan olmasının sual altında olması deməkdir. “Səbəblər
haqqında danışdıqda ümumi təhsil sisteminin maliyyələşməsini,
müəllimlərin peşəkarlığını və universitetlərdə müəllim hazırlığının
keyfiyyətini vurğulamaq lazımdır. Bu baxımdan ölkə qarşısında çoxlu
məsələlər durur və effektiv addımların atılması vacibdir.”
Təhsil və Elm Nazirliyinin mətbuat xidmətindən bildirildiyinə görə,
bu haqda onlara heç kəs məlumat verməyib. “Qazlarda ibtidai məktəb
var və Ləmbəli məktəbinə məxsusdur. Şagirdlər natamam və orta
təhsilini məhz bu kənddə davam etdirirlər. Onlara səhər də, dərsdən
sonra da avtobus xidmət göstərir. 4 kilometr məsafə insanın
təhsildən əl çəkdirəcək məsafə deyil. Burda söhbət başqa şeydən
gedir. Məcburi olan ibtidai məktəbi bitirdikdən sonra təhsili
dayandırırlar. Lakin statistikaya görə, bu baxımdan vəziyyət
yaxşılaşdırılıb. Məndə olan məlumata görə nəqliyyat baxımından heç
bir maneə yoxdur, heç bir irad da eşitməmişəm. Hər hansı bir
problem olarsa, bizimlə əlaqə saxlasınlar ki biz də vəziyyəti
aydınlaşdıraq”, – nazirliyin mətbuat xidmətindən bildirdilər.
Qeyd olunan icmanın əhalisi dil baryeri üzündən dövlət müəssisələri
ilə əlaqə saxlaya bilmirlər, buna görə də öz problemləri haqqında
mətbuat vasitəsilə məlumat çatdırsınlar.
სტატიის ქართული ვერსია
SPEKTRI-XÜSUSİ
BURAXILIŞ-pdf
მასალის გამოყენების პირობები