სპექტრის დამატება
ELEKTRİK ENERJİSİNDƏN TƏHLÜKƏSİZ İSTİFADƏ – ASSOSİASİYA SAZİŞİNİN PERSPEKTİVLƏRİ
Yormuğanlı icmasının kəndlərində demək olar ki addımbaşı yararsız vəziyyətdə olan elektrik dirəklərinə rast gəlmək olur. Bəzi yerlərdə hətta elə vəziyyət yaranıb ki, əhali dirəklərin yıxılıb kiminsə həyatı üçün təhlükə yaradacağından qorxur. Yerli əhali bununla bərabər qeyri-stabil elektrik enerjisindən də şikayət edirlər.
“Bizim kənddə bəzi ailələr kondisioner alıb, amma nə faydası? İşıqlar elə zəifdir ki, qoşa bilmirlər. Paltaryuyan maşını da işlədə bilmirlər. Bəlkə bir yiyəsi tapıla bizə də bir nəzər yetirə.” – Qazlar sakini Vaqif Kərimov deyir.

Kaxeti enerjipaylayıcı şirkətindən bildirdilər ki, bu problem barədə onlara heç kəs müraciət etməyib və müvafiq olaraq bu məsələ ilə bağlı onlarda heç bir məlumat yoxdur.
“Əhali problemi aşkarlayıb bizim tabeçiliyimizdə olan abonentlərə xidmət göstərən xidmət mərkəzlərinə yazılı müraciət edə bilər. Şirkət iflas vəziyyətində işləyir. Müvafiq olaraq, nəyə imkanımız çatır o problemi də həll edərik”.
Avropa İttifaqı ilə imzalanan Assosiasiya Sazişində nəzərdə tutulmuş 2015-ci il fəaliyyət planına görə, Gürcüstan Energetika və Su ilə təmin olunma üzrə milli komissiya (SEMEK) elektrik ötürücü, həmçinin, elektrik paylayıcı şəbəkələr haqqında qaydaları hazırlamalı və qəbul etməli idi. Komissiyadan bildirildiyinə görə yuxarıda qeyd olunan birinci məsələ artıq hazırlanıb, ikinci məsələ isə elə ilk iclasdaca müzakirə olunacaq.
“Bu qaydaların tətbiq olunmasından sonra paylayıcı şirkətə öz şəbəkəsini qaydaya salmaq tapşırılacaq ki, enerji təminatı ilə bağlı müxtəlif problemlərdən azad olaq. Xatırladım ki, Gürcüstanda üç şirkət paylayıcı şəbəkə lisenziyasına malikdir. Bunlar “Kaxeti Enerqodistributsia”, “Telasi” Səhmdar Cəmiyyəti və “EnergoPro Georgia” şirkətləridir. Onlara müəyyən tapşırıqlar veriləcək ki, bundan sonra da işləməyə başlayacaqlar”, – Energetika departamentinin aparıcı mütəxəssisi Davit Eliaşvili qeyd etdi.

Qeyd olunan qaydaların işlənib hazırlanması və yerinə yetirilməsi elektrik enerjisi paylayıcı şəbəkələrinin inkişafına, idarə olunmasına, əlçatan olmasına və təhlükəsiz istifadəsinə yönəlib.





SPEKTRI XÜSUSİ BURAXILIŞ N3 - PDF

სტატიის ქართული ვერსია

| Print |
FaceBook Twitter Google