სპექტრის დამატება
MEŞƏ HAQQLNDA YENİ QANUN NƏYİ NƏZƏRDƏ TUTUR
Saqareco bələdiyyəsinin Yormuğanlı icmasında 6 kənd var. Əksəriyyəti qazlaşdırılıb, lakin yerli xalq evlərini isitmək üçün yenə də odundan istifadə edir. Onlar deyirlər ki, qanun onlara hansı hüququ verir, ağacı harada kəsə bilərlər, bilet neçəyədir və ya kimə müraciət etməlidirlər – bunlar haqqında heç bir məlumatları yoxdur. Buna əlavə olaraq onların kəndlərinin yaxınlığında meşə yoxdur, ona görə də odunu fərdi şəxslərdən alırlar.

Qazlar kəndinin sakini, iki kiçikyaşlı uşaq atası Həmzə Həsənov ailəsi üçün odunu “üçkörpülü maşınla” təmin edir, bununla belə, qeyd edir ki, sərt qış olması təqdirində bu da kifayət etmir.
-“Kənddə qaz var, lakin əhalinin böyük hissəsi evini odunla isidir. Bəziləri qaz qızdırıcılarını ona görə quraşdırmır ki, bədbəxt hadisədən qorxur. Şəxsən, mən odunu sentyabrdan tədarük edirəm. Bir üçkörpülü maşına 7 kubmetr yerləşir ki, bu da 400-450 lari dəyərindədir. Yaxınlıqda meşə yoxdur və buna görə də buraya satmaq üçün odunu başqa rayonlardan gətirirlər. Biz özümüz getmək istəsək, xüsusi nəqliyyat lazımdır, bunun üçün isə şəraitimiz yoxdur. Bir maşın bəzən bir ilə kifayət etmir.”

Həmin kənddə yaşayan 80 yaşlı Nəsrəddin Rəsulovun dediyinə görə, onların kəndlərinin ətrafı çöllükdür və tullantı odun yığmaq belə mümkün deyil.
-“Bizdə yalnız İori sahilləri qoruqdur və ora buraxmırlar, belə olan halda isə Saqarecoya getməliyik. Özümüz gətirə bilsəydik, üstümüzə belə baha oturmazdı, lakin onu da bilmirik ağacı haradan kəsək, icazə üçün kimə müraciət edək. Şəxsiyyət vəsiqəmizi kənddə bu işlə məşğul olan şəxsə veririk, hər şeyə özü cavabdeh olur. Bəzən isə Axmeta və Saqarecodan böyük maşınlarla gətirib satırlar.”

Gürcüstan-Avropa İttifaqı Assosiasiya Sazişinə əsasən 2016-cı ildə meşə sahəsinin tənzimlənməsi ilə bağlı yeni qanun qüvvəyə mindi ki, bu da meşələrin qeyri-qanuni olaraq qırılmasını və rüşvətxorluq hallarını aradan qaldırmalıdır.
Gürcüstan Ətraf Mühit və Təbii ResurslarınMühafizəsiNazirliyinin məlumatına görə, meşələrin kateqoriyalara-zonalara ayrılması məsələləri yeni qanunla tənzimlənir, bələdiyyə meşələrinin müəyyən olunması və belə meşələrin yerli özünüidarə orqanları tərəfindən idarə olunmasının mexanizmləri formalaşdırılır.
-“Sosial kəsim çərçivəsində Saqareco bələdiyyəsində bu il ümumi həcmi 19791,7 m3 (kub metr) olan 59 sahə ayrılıb, həmçinin keçən ildən 8083m3 kəsilməmiş sahə qalıb. Bu günə olan vəziyyətə görə, 14101,6 m3 ağac kəsilib. Agentlik keçən il və bu il 3532 metr yol çəkib və ya bərpa edib, belə ki meşələrin fiziki vəziyyəti imkan vermir ki, əhali üçün lazım olan ağac ehtiyatları yaşayış məntəqəsinə yaxın yerlərdən ayrılsın. Qüvvədə olan qanuna əsasən sosial kəsim üçün illik odun həcmi də müəyyən olunub: aran bölgələrində yaşayan əhali üçün 7 m3, Yüksək dağlıq ərazilərdə yaşayan əhali üçün isə 15 m3-dən artıq olmamalıdır.” - Gürcüstan Ətraf Mühit və Təbii ResurslarınMühafizəsiNazirliyindən bildirdilər.

Saqareco meşə sahəsinin rəhbəri KobaŞatirişvilinin bildirdiyinə görə, ağacı kəsmək üçün istənilən şəxs icazə ala bilər.
-“Maraqlanan şəxs “Liberti banka” getməli, şəxsiyyət vəsiqəsini təqdim etməli və dəyəri 6 lari olan odun qəbzi almalıdır. Hər bir ailəyə 7 kub metr nəzərdə tutulub. Biletə meşə sahəsinin nömrəsi və əlaqə saxlamalı olduğunuz meşəbəyinin telefon nömrəsi yazılır. O, ağacın haradan kəsiləcəyini göstərir.
Hal-hazırda Saqareco bələdiyyəsində odun tədarükü baxımından problem yoxdur, əgər odun bitərsə, müntəzəm olaraq yeni ağaclar ayırıb nömrələyəcəyik. Belə ki, istər Yormuğanlı sakini olsun, istər digər kəndlərin sakini olsun, heç bir problem yaranmayacaq.”- KobaŞatirişvili qeyd etdi.

Gürcüstan Ətraf Mühit və Təbii Resursların MühafizəsiNazirliyindənbildirildiyinə görə, Ağacların qeyri-qanuni olaraq kəsilməsinə görə Gürcüstan İnzibati Xətalar Məcəlləsində cərimələr müəyyən olunub.
-“Dövlət Meşə Fondunun ərazisində Gürcüstan qanunvericiliyində nəzərdə tutulan sənədlər olmadan odun tədarük edilməsi cəriməyə səbəb olan əşyanın müsadirə edilməsi ilə bərabər 500 lari həcmində cərimə ilə cəzalandırılır. Bu halın təkrar olunması isə cəriməyə səbəb olan əşyanın və alətin müsadirə olunması ilə bərabər 1000 lari həcmində cərimə ilə cəzalandırılır.
Sosial kəsim nəticəsində əldə olunmuş odunun Gürcüstan hakimiyyətinin müəyyən etdiyi qaydalar nəzərə alınmadan daşınması və ya belə odunun istənilən formada özgəninkiləşdirilməsi zamanı 500 lari həcmində cərimə və odunun müsadirəsi və ya müsadirə olunmaması nəzərdə tutulur.
Yuxarıda qeyd olunan inzibati sanksiyalar hər bir konkret halda ətraf mühitə dəyən zərəri artırır və əgər ətraf mühitə dəyən ziyan 1000 laridən artıqdırsa, cinayət məsuliyyəti tətbiq olunur.” - Gürcüstan Ətraf Mühit və Təbii Resursların Mühafizəsi Nazirliyindən bildirdilər.

Saqareco meşə təsərrüfatının rəhbəri KobaŞatirişvilinin dediyinə görə, bu vaxta qədər həm yerli, həm də ətraf mühitin mühafizəsinə nəzarət xidməti tərəfindən bir çox qeyri-qanuni kəsmə halı qeydə alınmışdır.

Lakin buna baxmayaraq, Gürcüstan Ətraf Mühit və Təbii Resursların Mühafizəsi Nazirliyindən bildirdilər ki, son illər ərzindəki statistik məlumatlara əsasən ölkə ərazisində qeyri-qanuni kəsmə hallarının azalması tendensiyası müşahidə olunur.




სტატიის ქართული ვერსია

გაზეთის pdf

| Print |
FaceBook Twitter Google