სპექტრის დამატება
MƏLUMATLANDIRMA GÖRÜŞLƏRİ VƏ ERKƏN EVLİLİYİN QARŞISININ ALINMASI
Rovlan Qələndərov Saqareco bələdiyyəsinin Yormuğanlı icmasında yaşayır. Onun 18 yaşı var və Düzəyrəm kənd açıq məktəbinin 12-ci sinfində oxuyur. Əlavə olaraq müxtəlif fənlərdən hazırlıq kurslarına gedir, kardioloq olmaq istəyir və bu arzusuna çatmaq üçün əlindən gələni edir.
Erkən evliliyə qarşı çıxır, deyir ki, həyatın ilk mərhələsində təhsil almaq önəmlidir, sonra isə ailə qurmaq olar. Bu ilin yazında o və sinif yoldaşları erkən evlilik mövzusunda təlimdə iştirak ediblər. Rovlan dediyinə görə, həm oğlanlar, həm də qızlar tərəfindən maraq böyük idi və iştirakçılar da çox idi. Onlar erkən evlilik və onun mənfi tərəfləri haqqında çoxlu məlumat alıblar.
-“Erkən evliliyin pis nəticələri haqqında söhbət açıldı. Qızlar böyüməli, təhsil almalı və sonra universitetə qəbul olunmalıdırlar. Yaxşı olardı ki, bundan sonra ailə quraydılar, oğlanlar da həmçinin. Əgər tez ailə qururlarsa, bu zaman müxtəlif problemlər də meydana çıxır. Onu da öyrəndik ki, əgər oğlan qızı zorla qaçırarsa, bu da qanunla cəzalandırılır. Əgər belə görüşlər yenə keçirilsə çox məmnun olarıq.”

Hüseyn Hüseynov Rovlan Qələndərovun sinif yoldaşıdır. Həmin təlimdə o da iştirak edib.
- “Faydalı məlumatlar əldə etdik. Öyrəndik ki, erkən evlilik həm qızlar üçün, həm də oğlanlar üçün zərərlidir. Onu da dedilər ki, həddi-büluğa çatmamış şəxslə evlənmək qanunla cəzalandırılır. Əgər belə görüşlər gələcəkdə də keçirilərsə, əlbəttə iştirak edərəm. Bu bizim üçün yaxşı məlumat alma vasitəsidir.”

Xəyal Həsənov Düzəyrəm açıq məktəbində Gürcü dili və ədəbiyyatı müəllimidir. O, 7-ci sinfin rəhbəridir və öz şagirdləri ilə tez-tez erkən yaşda ailə qurmağın yaratdığı problemlər barədə söhbət edir. O, bütün uşaqların təhsil alma hüququ olduğunu, sonra isə evlilik barədə düşünə biləcəyini izah edir.
-“Bu görüşlərin yüksək nəticəsi olduğunu görürəm. Bizim icmamızda erkən evlilik minimum həddə qədər azaldı. Yalnız mən deyil, bütün siniflərin rəhbərləri öz şagirdlərinə bu barədə müntəzəm olaraq danışır. Çox az hallarda olur, lakin yenə də erkən yaşda kimsə nişanlanırsa, onun valideynini məktəbə çağırırq və onların qərarını nə kimi problemlər yarada biləcəyini izah edirik. 16 yaşa qədər qızların evlənməsi qanun pozuntusudur və oğlan məsuliyyət daşımalıdır. Qanunu bir kənara qoyaq, onlar əvvəlcə təhsil almalı, müəyyən biliklərə yiyələnməli və bundan sonra ailə qurmalıdırlar. Təhsil hər kəsin haqqıdır.”

Kaxeti-İoni tibb mərkəzinin ginekoloqu Nana Mğebrişvili deyir ki, erkən yaşda evlənməsi qızların sağlamlığına mənfi təsir göstərir. Onun dediyinə görə, bu yaşda doğum böyük risk daşıyır.
-“18 yaşa qədər orqanizm hələ formalaşmayıb, qız ana olmaq üçün hələ hazır deyil. Yalnız orqanizm deyil, eləcə də özünün sosial və psixoloji durumu hələ tam deyil. Əsəbi o qədər möhkəm olmalıdır ki, ailədə mövcud olan problemlər və qarşıdurmaların öhdəsindən gələ bilsin. Həddi-büluğa çatmamış şəxsin sosial cəhətdən mükəmməl ailə qurması mümkün deyil. 18 yaşına çatmamış qadın “qorxu dayəsi” hesab olunur. Bu zaman doğum risklidir. Çünki o uşaqdır və onun hormonal sistemi hələ formalaşmayıb.”

Assosiasiya sazişinin 2016-cı il üçün fəaliyyət planına əsasən, Təhsil və Elm Nazirliyinə “Təhsil və iştirak proqramı”nı həyata keçirmək həvalə olunub. Proqramda valideynlərin gender bərabərliyi mələləri ilə bağlı məlumatlarının artırılması, o cümlədən, erkən/məcburi evlilik kimi məsələlər nəzərdə tutulur. Nazirlik valideynlərlə bu mövzuda marifləndirici görüşlər keçirdi.
“İnsan Haqları Naminə Tərəfdaşlıq” qeyri hökumət təşkilatı Avropa İttifaqı ilə bağlanmış assosiasiya sazişində nəzərdə tutulmuş uşaq hüquqlarının müdafiəsi monitorinqini həyata keçirir.
-“Şadam ki, nazirlik bu mövzuda işləyir. Lakin görüşlər birdəfəlik olmamalıdır və tədris-təhsil ədəbiyyatında da erkən evlilik haqqında məlumat olmalıdır. Müəllimlər də öz tədris proseslərində metodologiya işləyib hazırlamalıdırlar və gender stereotiplərindən istifadə etməməlidirlər. Erkən evliliklə mübarizə aparırıqsa, qadının cəmiyyətdə kiçildilmiş rolu qəbuledilməz olmalıdır. Erkən yaşda evliliyə məhz gender stereotipləri səbəb olur. Təhsil Nazirliyi gender bərabərsizliyi ilə mübarizəni daha da genişləndirməlidir. Mülki təhsil kursları üzərində işləmələridəyərləndirilməlidir, lakin eyni zamanda digər fənlərdə də təftiş aparılması və insan haqlarını orada da aparıcı yer alması mühümdür.”– bizimlə söhbətində təşkilatın təmsilçisi Ana Arqanaşvili qeyd etdi.

Onun dediyinə görə, erkən evlilik vaxtı bəzi hallarda qızlar ciddi zorakılıqlara məruz qalırlar və onların hüquqları pozulur. Bununla belə,hesab edir ki,nailiyyət üçün 16 yaşına çatmamış şəxslərlə evlənmənin cinayət məsuliyyətini nəzərdə tutan qanunun qüvvəyə minməsi vacibdir.
-“Təəssüf ki, dövlət bu qadağalardan başqa, müvafiq tədbirlər görmədi. Həddi-büluğa çatmamış şəxslərin evlənməsinə adətən ağır sosial-iqtisadi şəraitlə, kasıbçılıqla əlaqəlidir. Dövlət nə kasıbçılıqla mübarizə strategiyası müəyyənləşdirib, nə də stereotiplərin aradan qaldırılması və təhsil sahəsində əhəmiyyətli tədbirlər görməyib. Belə məsələlərdə hüquq-mühafizə orqanlarının reaksiyasının əhəmiyyətini unutmamalıyıq. Əhali artıq bilir ki, erkən yaşda evlilik qanun pozuntusudur və cinayət məsuliyyətinə qədər gedə bilər. Prokurorluğun da polis kimi rolu var.”

Təhsil və Elm Nazirliyinin məlumatına görə, 2015-ci ildə yeni sistem fəaliyyətə başladı ki, buna əsasən bütün məktəblər erkən yaşda məktəbi tərk edən şagirdlər haqqında ümumtəhsil müəssisələrinin elektron sistemində qeydiyyat aparmalıdırlar.
-“Elektron statistikanın yaradılmasının monitorinqini Təhsil və Elm Nazirliyi, həmçinin, məktəbdə cavabdeh şəxs həyata keçirir. Monitorinq prosesində məktəbdə tövsiyyə mexanizminin nə dərəcədə mükəmməl olması yoxlanılır, bir sözlə, məktəbin uşağa qarşı zorakılıqla bağlı daxili qaydalar hazırlaması və təsdiqləməsi, o cümlədən, cavabdeh şəxsin müəyənləşibmüəyyənləşməməsi və zorakılıq, o cümlədən erkən evlilik halında tövsiyyə verilməsi yoxlanılır. Ailə tərəfindən evliliyin qəbul edilməsi və məktəbdən uzaqlaşdırma təhsil hüququnun məhdudlaşdırılması hesab olunur. Müvafiq olaraq, bütün hallar ayr-ayrılıqda müzakirə olunmalı və sosial xidmətə məlumat verilməlidir.”– Təhsil və Elm Nazirliyində qeyd ediblər.

Nazirlikdən bildirildiyinə görə, erkən yaşda ailə quran şagirdin ümumtəhsil məktəblərində maneəsiz təhsil almaq, və ya hər hansı alternativ – eksternat formasında təhsil almaq imkanı var. “Erkən evliliyin qarşısının alınmasında müəllimlərin rolu danılmazdır. Qeyd olunmalıdır ki, Müəllimlərin Peşəkarlığının Artırılması Milli Mərkəzi müntəzəm olaraq müəllimlərinin peşəkar vərdişlərini artırmaq üçün təlimlər keçirir. Prioritet mövzulardan biri olaraq reproduktiv sağlamlıq və insan haqlarının əsas məsələləri nəzərdə tutulub ki, bu da erkən evlilik riski ilə tanışlıq deməkdir. Müəllimlərə, həmçinin, MandaturaXidmməti Psixoloji mərkəzi də təlimlər keçir.”

-“İnsan Hüquqları Naminə Tərəfdaşlıq” qeyri hökumət təşkilatının nümayəndəsi Ana Arqanaşvilinin məlumatına görə, həddi-büluğa çatmamış şəxslərin evliliyi haqqında dəqiq statistika yoxdur. Müvafiq olaraq da oxşar halların artdığını və yaxud azaldığını demək çətindir. Erkən evlilik adətən qeyri-qanuni yollarla baş verir. Həddi-büluğa çatmamış qızların təxminən 15-18%-i ailə qurur ki, bu da Ana Arqanaşvilinin dediyinə görə, kifayət qədər yüksək rəqəmdir.

Erkən evliliyə gəlincə, cəmiyyət bilməlidir ki 16 yaşına çatmamış şəxslə cinsi əlaqə qanunla cəzalandırılır. Bu cinayətdir və Cinayət Məcəlləsinin 140-cı maddəsinə əsasən 7 ildən 9 ilədək həbs cəzası ilə cəzalandırılır. Həmçinin, ailə qurmağa məcbur etmək də qanunla cəzalandırılır ki,bu da Cinayət Məcəlləsinin 150-ci maddəsi ilə müəyyən olunub.

TamarKapanadze




სტატიის ქართული ვერსია

გაზეთის pdf
| Print |
FaceBook Twitter Google
თეგები iormuganlo /