სპექტრის დამატება
HAKİMİYYƏTİN NÖVBƏTİ VƏDİ – YORMUĞANLI İCMASINA ZİBİLDAŞIYAN MAŞINLAR XİDMƏT GÖSTƏRƏCƏK
“Spektr”inYormuğanlı icması ərazisindəki qanunsuz zibillik problemini işıqlandırılmasından demək olar ki, bir il keçir, lakin bu vaxta qədər heç nə dəyişməyib. Vəziyyət icmanın üç kəndi ərazisində, xüsusilə kəskindir.


Yormuğanlı, topdansatış bazarı iki minə qədər ticarətçiyə xidmət edir. Onlar demək olar ki, Gürcüstanın bütün bölgələrindən həftədə iki dəfə bura gəlirlər. Bazar intensiv olaraq təmizlənir, lakin ətraf ərazilərə dağılmış polietilen paketlər və sərt tullantılar İori çayını çirkləndirir və yerli əhali üçün ekoloji təhlükə yaradır.
Ləmbəli kəndində qanunsuz zibilliklər problemi kəskin olaraq qalır. Zibillə dolmuş dərə kəndi iki hissəyə ayırır. Quşlar, heyvanlar, qoyun sürüləri zibillikdə otlayır.
Qazlar kəndinə gedən yolda da vəziyyət eynidir, məişət tullantılarından başqa mal peyini, yun, pestisidlər, tikinti tullantıları da tökülüb yığılıb.
Əhali kömək üçün yenə də yerli hakimiyyətə müraciət edir.

85 yaşlı Mehran Məmmədov həmkəndliləri ilə bərabər, artıq neçə ildir ki, məişət tullantıları ilə çirkləndirilmiş dərənin problemi həll etməyə çalışması nəticəsiz olaraq qalır.O, bizimlə söhbətində bildirdi ki, buna görə hətta heyvanı da ölüb.
“Yalnız bizim kəndin deyil, digər kəndlərin sakinlərin də zibillərini gətirib bura atır. Yayda üfunət olur, yaxınlıqda yaşayanları gəmiricilər də narahat edir. Bundan başqa, zibilə quşlar və heyvanlar da buraxılır, elə hal olub ki, inək “sellofan” yeyib və onu xilas etmək mümkün olmayıb. Bizə heç kəs diqqət yetirmir. Kənddə zibil qutuları olmadığından və bura zibil maşınları gəlmədiyindən, xalq məcbur olaraq tullantıları dərəyə tökür. Nə etsinlər, həyətlərində toplayası deyillər ki. Bəzilərini maşında yoxdur ki, harasa aparsın, uzaqlara atsın.”
Bu məsələ ilə bağlı Qazlar kəndin sakinləri də danışdılar. “Bizə baxan yoxdur, kəndə doğru gedəndə bütün yol boyu kisələr və torbalar tökülüb. Hər şeyi bir kənara, ayıbdır, minlərlə başqa insan gəlir və görürlər. Gecələr qonşu kənddən zibil gətirib gizlincə tökürlər. Polietilen torbadan başqa ora şprislər, köhnə dərmanlar da töküblər, o əraziyə kimi qoyunlarını, kimi inəklərini otarmağa aparır. İnəklər bu tullantılar yeyib ölürlər. Dövlət buna nəzarət edəcək qurum yaratmalı, qanunu pozanı cərimələməlidir.”

Assosiasiya sazişi zibilliklərlə bağlı ölkəmizin qarşısına müəyyən öhdəliklər qoyur. Gürcüstan Ətraf Mühit və Təbii Ehtiyatların Mühafizəsi Nazirliyindən bildirdiklərinə görə, 2016-cı il milli fəaliyyət planına uyğun olaraq “Tullantıların toplanması, daşınması, ilkin emalı müvəqqəti saxlanmasının qeydiyyatı qaydaları və şərtləri haqqında”, “tullantıların daşınması ilə əlaqədar tələblər haqqında” və “bələdiyyə tullantılarının toplanması və ilkin emalı qaydaları haqqında” layihələri hazırlanıb.
“Bu tamamilə yeni bir tələbdir. Tullantıların toplanması və daşınması qaydaları qeydiyyata alınmalıdır. Qeydiyyat yalnız jurnala daxil etmək deyil, bu yüngül icazədir. Tullantıların emalı icazə məsələsidir, lakintoplayanlar, daşınma və b. qeydiyyata alınmalıdır. Qanuna bir yanvardan etibarən qüvvəyə minəcək dəyişiklik edilib. Bütün bunlar elektron bazada əksini tapmalıdır. Bizim nazirlikdə vahid baza yaradılmalı olduğu üçün proses bir az uzandı. Tender elan olundu. Qalib gəlmiş şirkət hal-hazırda sistemi necə quracağı üzərində çalışır. Buna görə də hakimiyyətə vaxtın uzadılması ilə bağlı müraciət etdik, Parlament hələ müzakirə etməyib və buna görə də nə vaxt başlayacağı ilə bağlı bir şey deyə bilmərəm. Yəqin ki, proses gələn ilə təxirə salınacaq.” – nazirlikdən bildirdilər.

Yormuğanlı icmasının problemləri Saqareco bələdiyyəsinin icra hakimiyyətinə yaxşı məlumdur. Hələ bu ilin yanvarında yerli özünü idarə orqanından bildirmişdilər ki, bu məntəqədə zibil qutularının qoyulması, zibil daşıyan maşınların və müvafiq texnikanın ayrılması 2017-ci il üçün nəzərdə tutulub.
Bu məsələnin yeni büdcədə nəzərə alınıb alınmaması ilə bağlı sualla Saqareco bələdiyyəsinin rəhbərinə müraciət etdik. Bizimlə söhbətində QiorqiQzirişvili bildirdi ki, bələdiyyə məclisi məsələni artıq müzakirə edib.
“Bu bizim hakimiyyətin yerinə yetirdiyi vədlərlə proporsionaldır. Qısa bir müddətdən sonra bizə iki yeni zibil daşıyan maşın və 100 zibil qutusu veriləcək. Fikrimcə, Yormuğanlının məişət tullantılarını bu texnika ilə daşınacaq. Bu mövzuda artıq hakimiyyətlə iş aparılır. Məsələ bələdiyyə məclisinə də çıxarılıb və müsbət həllini tapıb. Qalanı isə maşınların nə zaman veriləcəyindən asılıdır.”
Qeyd olunan texnikanın alınması üçün bələdiyyə rəhbərliyi Dünya Bankından 129 892 avro məbləğində kredit götürüb ki, bunu da 10 il ərzində ödəməlidir.

Marina Beroşvili





სტატიის ქართული ვერსია
გაზეთის pdf


| Print |
FaceBook Twitter Google