სპექტრის დამატება
MƏKTƏBLƏRDƏ ZORBALIĞIN QARŞISININ ALINMASI
Qeyri hökumət təşkilatlarının dəyərləndirməsinə görə, zorbalıq yalnız Gürcüstanda deyiil, həmçinin, xaricdə də kəskin hal alıb. Lakin bizim ölkədə xüsusilə bilik və səlahiyyətin azlığı nəzərəçarpacaq dərəcədədir. Onların dediyinə görə, dövlət zorbalığın zərəli təsirləri haqqında kifayət qədər məlumatlandırmır ki, bu da yalnız qurban deyil, həm də digər şagirdlərin vəziyyətini daha da pisləşdirə bilər.
2015-ci il martın 27-də Siqnaxi bələdiyyəsinin Dzveli Anaqi kənd ictimai məktəbinin 5-ci sinif şagirdi oğlan məktəbdən evə gəldikdən sonra intihar etdi.
Bu faktdan əvvəl uşaqların arasında zorakılıq, yəni zorbalıq baş vermişdi. Onun məktəb yoldaşları ögey övlad olduğu üçün onu məsxərəyə qoymuşdular. Həmin vaxt təhsil müəssisəsinin müdiriyyəti uşaqlar arasında konflikt haqqında məlumatları olduğunu, lakin qarşıdurmanın məktəb ərazisindən kənarda baş verdiyi üçün qarışmadıqlarını bildirdilər.

Psixoloqların dediyinə görə, zorbalıq uşağa qarşı sinif yoldaşları və ya digər qrup tərəfindən həyata keçirilən fiziki və ya psixoloji zorakılıqdır. Bunun kifayət qədər pis nəticələri olur və bir qayda olaraq, həm zorbalığı həyata keçirənə, həm də zorbalığa məruz qalana zərər verir. Qurban ola bilər ki, bütün həyatı boyu bunun əzabını yaşasın və onda bir çox psixoloji problemlər, o cümlədən, depressiya və psixosomatika (emosional gərginliyin səbəb olduğu fiziki xəstəlik və pozuntuları psixosomatik xəstəlik adlandırırlar)inkişaf etsin. Zorbalığı həyata keçirənlər tez-tez ailə zorakılığının qurbanı olan insanlardır.
Elnur və Rəhman Yormuğanlı icmasının Düzəyrəm kənd ictimai məktəbinin onuncu sinif şagirdləridirlər. Deyirlər ki, onların məktəbində uşaqlar arasında zorakılıq olmur, lakin bilirlər ki, lazım gələrsə müəllimə və ya direktora müraciət etmək lazımdır.

– “Zorbalığın nə olduğunu bu vaxta qədər bilmirdim, sizdən öyrəndim. Kiməsə zülm edilməsi pis haldır. Bütün uşaqlar bərabərhüquqludur və eyni şəraitdə olmalıdırlar. Əgər belə hal baş verərsə, mütləq müəllimə və ya məktəbimizin direktouna bildirəcəyik.” – Rəhman Nəsibov deyir.

Elnur Sadiqovun dediyinə görə, əgər zorakılıqla bağlı şagirdlərə daha çox məlumat versələr, yaxşı olar. “Bizə – uşaqlara deməlidirlər ki, belə hallarda necə hərəkət etməliyik, özümüzü necə qorumalıyıq. Əgər məktəbdə kimsə bu mövzuda görüş keçirsə, məmnuniyyətlə iştirak edərdim.”

Zurab Kartleişvili Muğanlı məktəbinin müəllimidir. İxtisasca tarixçidir, lakin bu il səkkizinci və doqquzuncu sinif şagirdlərinə mülki təhsil dərsi keçir. Deyir ki, tədris proqramı zorbalıq mövzusunu bilavasitə əhatə etmir, lakin yeniyetmələrə zorakılıq haqqında məlumat verir.

“Tədris proqramının imkan verdiyi qədər uşaqlara məlumat çatdırırıq ki, onlar nə məzlum olsunlar, nə də zalım. Biz müəllimlər bundan artığını bacarmırıq. Demək istəyirəm ki, bizim məktəbdə zorbalıq halları olmur, lakin hərdən uşaqlar bir-biri ilə mübahisə edir, bu elə oradaca bitir və ciddi hal almır. Bu il ilk dəfə olaraq bizim məktəbdə də mandatur var, bunun da böyük əhəmiyyəti var, belə ki uşaqlar nəzarət altındadırlar.”

Keçən il dövlət mülki təhsil müəllimlərinə hazırlıq keçdi, təlimlərin mövzusu “Zorbalığın qarşısının alınması və tolerant mədəniyyətin təşviqi” idi. Seminarda müəllimlər də öz arzularını bildirdilər. Lakin Yormuğanlı icmasındakı ictimai məktəblərin müəllimləri iştirak etməyiblər. Onların dediyinə görə, bu haqda məlumatları olmayıb.

Müəllimlərin Peşəkar İnkişafı Milli Mərkəzinin mülki təhsil məsləhətçisi Nino Beselianın dediyinə görə, görüşlərdə zorbalığın səbəbləri haqqında, həmçinin, damğa və stereotiplər, ünsiyyət üsulları, münaqişə və onunhəlli yolları, tolerantlıq və zorakılığın növləri haqqında söhbət açılırdı.
- “Müəllimlər zorbalığın qurbanlarına necə yardım edəcəklərini öyrənirdilər. Bütün bunlar interaktiv şəkildə baş verirdi və ənənəvi mühazirə formasında deyildi. Müəllimlər həm bizim, həm də beynəlxalq qanunvericiliklə tanış oldular, müxtəlif filmlərə baxdılar. Təlim iştirakçıları zorakılığın qurbanı olan uşağı necə tanımağı və kimə müraciət etməli olduqlarını öyrəndilər. Maraqlı araşdırmalarla tanış oldular və sonra özləri təhsil müəssisələrində zorakılıq baxımından vəziyyətin necə olduğu barədə nəticəyə gəldilər. Gələcəkdə mülki təhsil müəllimləri ilə bərabər sinif rəhbərlərinə də təlim keçmək istəyirik.”

“İnsan Naminə Tərəfdaşlıq” qeyri-hökumət təşkilatının icraçı direktoru Ana Arqanaşvili deyir ki, mülki təhsil mühüm sahədir, lakin dövlət yalnız bu fənnin müəllimlərini hazırlamaqla kifayətlənməməlidir.
- “Mülki təhsil müəllimləri şagirdlərlə həftədə ən çoxu iki saat görüşür. Əgər təhsil müəssisəsində müdiriyyət və digər müəllimlərin zorbalıq haqqında məlumatları olmasa, böyük ziddiyət olacaq. Yaxşı olar ki, hazırlanmış müəllimlər məsuliyyəti üzərlərinə götürələr və öz əməkdaşlarına da məlumat çatdırardılar. Hər bir məktəbdə vəsaitin nə dərəcədə effektiv xərcləndiyini ölçmək mühümdür. Bəlkə də sinif rəhbərlərinin hazırlanması və ya təlimlərə elə direktorlardan başlamaqdaha yaxşı olardı.”

Ana Arqanaşvilinin dəyərləndirməsinə görə, zorbalıq yalnız Gürcüstanda deyiil, həmçinin, xaricdə də kəskin hal alıb. Lakin bizim ölkədə xüsusilə bilik və səlahiyyətin azlığı nəzərəçarpacaq dərəcədədir.
-“Bu gün zorbalıq haqqında kifayət qədər çox fakt aşkara çıxır, lakin dövlətin reaksiyası çox azdır. Bildiyim qədər təhsil müəssisələrində mandatur xidmətində psixoloji xidmət mərkəzi fəaliyyət göstərir ki, bunun da məqsədi şagirdlərin digər ehtiyacları ilə bərabər zorbalığın da idarə olunmasıdır. Biz onlardan müxtəlif zorakılığın qurbanı olan uşaqlar haqqında məlumat istədik. Aydın oldu ki, məsləhətləşmələrin ümumi sayı 3856 təşkil edir. Bu məsələlər təsnifləndirilməyib və bizi burdan başa düşə bilmirik ki, bunlardan neçəsi uşaq neçəsini valideyndir, bilmirik, psixoloqun işə qarışmasından sonra neçə uşağın həyatı yaxşıya doğru dəyişib, neçə nəfər həmin məktəbdə qalıb, məsləhətlərinin akademik nailiyyətlərə necə təsiri olub və s. Bu onu bildirir ki, aşkarlanmış kömək çox azdır və müfəssəl deyil. Rayonlarda vəziyyət xüsusilə mürəkkəbdir. Tbilisidə vəziyyət nisbətən yaxşıdır, çünki orada qeyri-hökumət sektoru işləyir.”

Onun dediyinə görə, dövlət tərəfindən zorbalığın zərərli təsirləri haqqında kifayət qədər məlumatlandırma aparılmır, bu isə həm qurbanın, həm də digər şagirdlərdən vəziyyətini daha da pisləşdirə bilər. Tez-tez zorbalığı həyata keçirənə çoxlu sayda hücumlar olur ki, bu da düzgün deyil. Tamamilə bütün uşaqlar təcrid olunmamalı və damğalanmamalıdırlar.

-“Hər iki tərəfdən qoşulmuş uşaq qurbandır və hər ikisiylə eyni cür işləmək lazımdır. Bəzən təhsil müəssisəsində bu problemə göz yumurlar. Bu zaman zor bağlı kimə qarşı yönəlmişsə, o, tamamilə tək qalır. Bu isə ağır nəticələrə gətirib çıxara bilər. Əgər müəllimlər qarışmasa, təxribatçıya da çevrilə bilərlər.”
Mandatur Xidmətinin Psixoloji Xidmət Mərkəzi Təhsil və Elm Nazirliyinə tabedir. Bu gün Gürcüstanda cəmi 5 belə mərkəz var: bunlar Tbilisi, Rustavi, Batumi, Telavi və Qoridə yerləşir. Bu psixoloqlardan, uşaq psixiatrlarından və sosial işçilərdən təşkil olunub və davranış, həmçinin emosional problemləri olan uşaqlara və onların ailə üzvlərinə psixo-sosial xidmət göstərir. Bununla bərabər, müxtəlif məsələlərinin qaydaya salınmasında, o cümlədən, həmyaşıdları ilə problemli ünsiyyətin həll olunmasında kömək edir.

Əgər uşağın şübhəli davranışı olarsa, mandatur sinif rəhbəri ilə bərabər xüsusi istiqamətləndirmə formasını (uşaq haqqında məlumatları əhatə edir) doldurur və ümumi bazaya göndərir. Yeniyetməni psixoloji mərkəzdə yaşadığı yerə görə ayırırlar. Kaxeti ictimai məktəbinin şagirdlərini Telaviyə yönləndirirlər. Əgər arzu edərsə, zorbalığı həyata keçirən məsləhətləşmələr keçir. Psixoloji xidmətin müddəti fərddir, lakin ümumi götürəndə 8-10 görüş təşkil edir.

Təxminən üç həftə öncə mandatur xidmətinin “Özünü dağıdıcı və zorakı davranışın aşkarlanması və qarşısının alınması” adlı layihəsi başlamışdır ki, bunun çərçivəsində bu günə qədər ictimai məktəblərdə 12 görüş keçirilib. Pilot layihə bir il ərzində hazırlanıb.
-“Görüşlər bütün məktəblərə – həm ictimai məktəblərə, həm də özəl məktəblərə aiddir. Görüşlərdə həm müəllimlər və 1-ci sinifdən 9-cu sinfə qədər şagirdlər, həm də onların valideynləri iştirak edə bilərlər. Bu bu günə qədər həyata keçirilməmiş böyük layihədir. Layihənin məqsədi uşaqların özünün və valideynlərinin zorakı davranışı aşkarlanmasıdır. Onlar reaksiya göstərməyin düzgün formasını öyrənməlidirlər. Təlimləri mandatur xidmətinin psixoloji mərkəzi və “Ars Vivendi” qeyri hökumət təşkilatı keçir.” – mandatur xidməti rəhbərinin müavini Levan Zardiaşvili qeyd edir.

Gürcüstan İctimai məktəblərində zorbalıq hallarının dəqiq statistik məlumatların yoxdur. Məktəblərdə Təhsil və Elm Nazirliyi və BMT Uşaq Fondunun birgə həyata keçirdiyi 2007-ci ildəki araşdırmadan zorakılığın milli araşdırması sonra keçirilməyib.

“Zorbalıq, yəni qorxutma, zülm etmə məktəbdə zorakılığın bütün dünyada yayılmış formalarından biridir və bu baxımdan Gürcüstan da istisna deyil. Bu sahədə yaxın keçmişdə araşdırma aparılmayıb. Məktəblərdə uşağa qarşı zorakılığın milli araşdırması 2007-ci ildə keçirilib və aydın olub ki, zorbalıq çox hallarda məktəbin həyətində, məktəbə yaxın dalda yerlərdə, dəhlizlərdə, həmçinin məktəbə gedən və məktəbdən gələn yollarda baş verir. Bu yerlər uşağa nəzarət ehtimalının az olduğu yerlərdir. Bu problemlə mübarizədə hədəf ərazidə (məktəbin idman meydançası, məktəb yaxınlığında yerləşən ağaclıq ərazi, həmçinin məktəbdəki boş ərazilər) əlavə nəzarət üçün “qaynar nöqtələr”in olması çox mühüm olardı.”– BMT Uşaq Fondunun əlaqələndirici proqramının rəhbəri Maya Kurtsikidze qeyd etdi.

2007-ci ildə həyata keçirilmiş araşdırma müəyyən etdi ki, uşaqların 80 faizi müxtəlif formalı fiziki və psixoloji zorakılığa məruz qalıb, bunlardan 47 %-nə qarşı zorakılıq bilavasitə məktəbdə həyata keçirilib.
BMT Uşaq Haqları Konvensiyasına görə, uşaqlar bütün növ zorakılıqdan qorunma hüquqları var. Dövlət uşaqların müxtəlif formalı fiziki və psixoloji zorakılıqdan qorumaq üçün bütün tədbirləri görməlidir. Gürcüstan BMT Uşaq Hüquqları Konvensiyasına 1994-cü ildə qoşulub.

Tamar Kapanadze
სტატიის ქართული ვერსია
გაზეთის პდფ


| Print |
FaceBook Twitter Google