სპექტრის დამატება
YORMUĞANLI İCMASINDA VƏRƏMİN MÜALİCƏSİ PROQRAMI NƏ DƏRƏCƏDƏ ƏLÇATANDIR
Bu ilin məlumatlarına görə, Saqareco bələdiyyəsində 27 nəfər vərəmə yoluxmuş xəstə var. Bunlardan 10 nəfəri Yormuğanlı icmasındandır. Vərəm və Ağciyər Xəstəlikləri Milli Mərkəzi idarəsi, koordinasiya və nəzarət xidmətinin rəhbəri Marina Cancğavanın dediyinə görə, onlardan üçü yolxucu formaya keçib. Gürcüstanda vərəmin diaqnostikası və müalicəsi dövlət standartları ilə pulsuzdur və düzgün müalicə aparılması halında sağalır.
Kaxeti bölgəsində yeddi vərəm kabineti var, o cümlədən biri Saqarecodadır. Lakin dil maneəsi müəyyən problemlər yaradır, buna görə də ftiziatrlar Yormuğanlı əhalisi ilə ünsiyyət qurmağa çətinlik çəkirlər.

“Yormuğanlı xüsusi bölgədir, burada vəziyyət bir az başqa cürdür. Dil maneəsi problemi yalnız xəstələrlə deyil, eyni zamanda həmin xəstələrə xidmət edən tibb bacıları ilə də mövcuddur. Yalnız diaqnoz qoyulması kifayət deyil, əsas müalicəni sona qədər çatdırmaqdır. Əgər illərə görə baxsaq, bu bələdiyyədə yoluxanların sayı azalıb.” – Marina Cancğava deyir.

61 yaşlı Qəmbər Paşayev Muğanlı kənd sakinidir. Özünün dediyinə görə, heç vaxt virus daşıyıcısı olmayıb, lakin vərəm haqqında müəyyən məlumatı var, lakin deyir ki, dəqiq bilmir ki, xəstəliyin ilkin mərhələsində hansı əlamətlər olur və ya məsləhət üçün kimə müraciət etməlidir.
“Bilirəm ki, bu xəstəlik hava ilə keçir. Əgər kimdəsə vərəm olsa, onun stəkanından su içmək olmaz və onunla ünsiyyətdən çəkinmək lazımdır. Bu xəstəlik məndə olsa, heç kəsə açıqlamazdım, lakin heç kəsi yoluxdurmamaq üçün ehtiyatlı olardım. Bizim kəndə heç kəs gəlib deməyib ki, xəstəlik aşkarlansa, necə hərəkət etməliyik. Əgər daha çox məlumatım olsa, daha çox ehtiyatlı olardım. Onu da bilmirəm ki, hansı müayinələr aparılmalıdır və qiyməti neçəyədir.”

Gürcüstanda 2016-cı ildən yolxucu xəstəliklər, o cümlədən vərəmə epidemioloji nəzarət başlayıb. Həkim-ftiziatrlara müntəzəm olaraq müvafiq seminarlar keçirilir. Marina Cancğavanın dediyinə görə, o, da ildə iki dəfə bölgələrə getməli və yoluxmuş xəstələrlə görüşməli olur. Bundan başqa, paralel olaraq benefisiaarın ailə üzvü də müayinə olunur, çünki xəstəliyi mümkün qədər erkən aşkarlamaq önəmlidir. “Dövlət proqramı bütün Gürcüstan miqyasında, o cümlədən Saqarecoda işləyir. Kaxeti koordinatoru 2003-cü ildə başlayan Qlobal Fondun qrantı çərçivəsində hər rübdə bir dəfə monitorinq aparmağa borcludur. Bu monitorinq üçün Yormuğanlıda bir müqavimətli (vərəm əleyhinə preparatlara qarşı dayanıqlılıq) xəstə var. Onun müalicəsi fərqli və daha uzunmüddətlidir. O, tam sağalana qədər ən azı 20 ay müalicə almalıdır.”

Mərkəzin məlumatına görə, Gürcüstanda vərəmə yoluxmuş 3000-ə qədər xəstə var. Onlardan təxminən 1800 yeni formadadır, qalanları isə müalicə olunandır. Bunlardan 400-dən 500-ə qədəri müqavimətli formadadır ki, onların da uzunmüddətli müalicəyə ehtiyacı var. Həmçinin qeyd edirlər ki, həssas vərəmdən ölüm halları müqavimətli formaya nisbətən daha azdır.

“Bizim ölkəmizdə artıq 2 ildir ki, vərəmə yoluxmuş xəstələr üçün 2-ci səviyyəli preparatlar əlçatandır. Bunlar əvvəllər Gürcüstanda yox idi. Bu dəfə xəstəliyin istənilən formasına yoluxmuş xəstələrə pulsuz 2 növ dərman veriləcək. Demək istəyirəm ki, hər bir xəstənin müalicəsi 10-12 min avroya başa gəlir.”

Saqareco bələdiyyəsində vərəm kabinetinin həkim-ftiziatrı Marina Boraşvilinin dediyinə görə, əksər hallarda şübhəli xəstələrin onların yanına məhəllə həkimi göndərir, lakin bəziləri öz təşəbbüsü ilə müraciət edir. Müraciət edən şəxslərin bəlğəm və qanın ümumi analizi aparılır, rentgen edilir. Xəstəliyin təsdiqlənməsi halında onun qeydiyyata alınması baş tutur. Yormuğanlı icmasında xəstələr müalicəni əsasən ev şəraitində keçirirlər. Rayon miqyasında keçən il 45 adam müalicə keçib. “Vərəmin müayinəsi və müalicəsi pulsuzdur. Bəziləri birbaşa Tbilisiyə, Xudadov klinikasına gedir. Sonra bizə forma 100 göstərir və burada müalicə edirik. Yormuğanlı icmasının tibb bacıları ilə dil maneəsi problem olaraq qalır, buna görə də ünsiyyət qurmağa çox çətinlik çəkirik. Maksimal şəkildə çalışırıq ki, tərcüməçilərin köməyi ilə müvafiq məsləhətlər verək. Dərmanları yerlərdə bizim koordinatorlar aparır. Paralel olaraq mən də gedirəm və qeydiyyata alınmış xəstələrlə məlumat xarakterli görüşlər keçirirəm. Hal hazırda icmada müalicə olunmayacaq elə ağır xəstə yoxdur.”
Əgər xəstə dərman qəbul etməkdən imtina edirsə, epidemioloqlar müalicə kursunu davam etdirməyə inandırır. Əks halda iki aydan sonra qeydiyyatdan çıxarılır. Lakin Marina Boraşvilinin dediyinə görə, Yormuğanlıda belə hallar qeydə alınmayıb.

Yormuğanlı poliklinikasının meneceri Bəşir Mahmudovun bildirdiyinə görə, vərəmə yoluxmuş xəstələr üçün onların icmasında müvafiq şərait var. Məhəllələrə uyğun olaraq tibb müəssisəsində beş nəfər ailə həkimi var. Dərmanlar da buna uyğun olaraq paylanılır ki, bunu da tibb bacıları xəstələrin evlərinə aparırlar. “Biz şübhəli halla qarşılaşdıqda xəstəni müayinə üçün Saqarecoya göndərməliyik. Onları yeni dərmanlarla müalicə edirik və heç kəs narazı deyil. Xəstələrə digər şəxsləri də yoluxdurmamaq üçün gigiyenaya necə riayət etməli olduqlarını başa salırıq.”
Əgər insanda öskürək, tərləmə, kiçik hərarət, qanlı bəlğəm varsa, məsləhət üçün mütləq ailə həkiminə və ya vərəm kabinetinə müraciət etməlidirlər ki, bu da Saqarecoda Kaxeti şossesi 13 ünvanında (poliklinikanın bazasında) yerləşir. Burada həkim-ftiziatr xəstələrə saat 10-dan 17-dək xidmət göstərir.

VƏRƏM NƏDİR
Vərəm vərəm çöplərinin səbəb olduğu yolxucu xəstəlikdir. Vərəm əsasən ağ ciyərləri zədələyir, lakin digər orqanlar da zədələnə bilər. Məsələn, böyrəklər, cinsi orqanlar, sümüklər, oynaqlar, mərkəzi sinir sistemi və ya limfa düyünləri zədələnə bilər və ağ ciyər xarici vərəm inkişaf edə bilər. Əsas infeksiya mənbəyi tənəffüs yolları vərəmlə yoluxmuş adamdır. Vərəm ən çox sosial fonun nisbətən ağır olduğu ölkələrdə daha çox yayılıb. Xəstəlik üçün zəif və yüngül öskürək xarakterikdir. Alçaq hərarət, tərləmə - xüsusilə gecələr, bəlğəmdə qanın olması, böyürdə sancı. Xəstəliyin yayılmasının ilkin faktoru qapalı şəraitdir, məhz buna gör də ailə vərəmi halları tez-tez baş verir. Xəstə mikobakteriyaları danışıqla, asqırıqla və öskürəklə yayır. Həmin hava ilə digər şəxs də tənəffüs edərsə, o da yoluxur. Lakin bunun üçün uzunmüddətli əlaqə lazımdır. Əgər xəstə evdə müalicə alırsa, mütləq ayrı otaqda yerləşdirmək və otağın havasını tez-tez dəyişmək lazımdır. Xəstəlik stəkanla, məişət əşyaları ilə keçmir, xəstəlik yalnız hava-damcı yolu ilə keçir.
Statistikaya əsasən, hər il dünyada 8-9 milyon insan vərəmə yoluxur, il ərzində 2-3 milyon insan dünyasını dəyişir, lakin hər üç nəfərdən biri yoluxur.

Marina Beroşvili
სტატიის ქართულ ვერსია
გაზეთის პდფ



| Print |
FaceBook Twitter Google