სპექტრის დამატება
ƏLİLLİYİ OLAN ŞƏXSLƏRİN MÖVCUD STATİSTİKASI VƏ LAYİHƏDƏN KƏNAR QALMIŞ YORMUĞANLILAR
7 yaşlı Novruz Yormuğanlı icmasının Tüllər kəndində yaşayır. Ona doğuşdan serebral iflic diaqnozu qoyublar və bu günə qədər intensiv masaj kurslarına ehtiyacı var. Məktəbə getmir. Valideynləri və yaxınları hesab edir ki, sinifdə olmaq onun üçün üzücü olar.
“Əvvəllər yeriməyə də danışmağa da çətinlik çəkirdi. Masajlardan sonra böyük irəliləyiş var. Elə istedadlıdır ki, görən heyran qalır. Məktəbə getmir, lakin müxtəlif tarixləri mükəmməl şəkildə danışır. Yalnız bizim buralarda təxminən 15 belə uşaq var. Yaxşı olardı ki, kənddə heç olmasa onların toplaşacağı, gün ərzində qalacağı və müxtəlif işlərlə məşğul olacağı bir otaq ayıraydılar. Məktəbdə isə ayrı-seçkilik olar, tənəffüs vaxtı 30 şagirddən 29-u bayıra çıxacaq, bu isə içəridə tək qalacaq,”– Novruzun kirvəsi Muraz Quliyev deyir.

Novruzun əlil arabası da yoxdur, kömək olmadan hərəkət etməyə isə çətinlik çəkir. Anası Xədicə Novruzova ixtisasca ibtidai sinif müəlliməsidir, lakin uşaqlarına görə işləyə bilmir. “Musiqini çox sevir, xüsusilə də rəqs havalarını. Ən böyük arzusu kimsənin köməyi olmadan yeriməkdir. Uşaq daim evdədir və buna görə də qonaqların gəlməsi onu xüsusilə sevindirir. Masajlar sayəsində artıq danışa bilir, gürcü dilini isə tibb bacılarından öyrənib və şeirlər də danışır. Belə uşaqların qayğısına kimsə qalsa və müxtəlif tədbirlər keçirsə yaxşı olardı.”

Paldoda yaşayan Əliyevlər ailəsində iki əlilliyi olan şəxs var – 28 yaşlı Validə və onun qardaşı, 30 yaşlı Rəcəb. Rəcəb heç vaxt məktəbdə oxumayıb. Müəllim evə gəlirdi, lakin atası Hacan Əliyevin dediyinə görə, kimsə şikayət edib və müəllim onların evlərinə gəlməyi dayandırıb. Yerli rəhbərlik əlil arabası verib, lakin demək olar ki, istifadə edə bilmir, avtomatik idarə olunan əlil arabasının olmasını arzulayır.

Assosiasiya sazişi gündəliyinin 2016-cı il fəaliyyət planına görə, əlilliyi olan şəxslər üçün incəsənət və mədəniyyət, idman və sağlam həyat tərzinin dəstəklənməsi üçün tədbirlər keçirilməsi nəzərdə tutulmuşdu. İdman və Gənclər Nazirliyinin Gənclər Proqramının baş mütəxəssisi Kristine Kapanadze deyir ki, onlar bu istiqamətdə müxtəlif fəaliyyətlər həyata keçiriblər: boulinq, raftinq, yamac paraşütü ilə uçma, avarçəkmə kimi idman tədbirləri keçirilib. Para-idman həftəliyi təşkil olundu ki, burada da Tbilisidən, Rustavidən və Msxetadan 150 benefisiar iştirak edirdi. Telavidə adaptasiya olunmuş tir zalında pnevmatik tir, ağırlıq qaldırma, qol güləşi, bilyard yarışı keçirildi. Həmçinin, Kutaisidə də turnir keçirildi; bütün layihələr inkluziv idi. Mədəni-yekun tədbiri Qoridə keçirildi.

Yormuğanlıda yaşayan əlilliyi olan şəxslər üçün belə fəaliyyətlər keçirilməyib.
2016-cı ildə əlilliyi olan şəxslər üçün İdman və Gənclər Milli Mərkəzi də layihələr həyata keçirib. Əlilliyiolan şəxslərin inteqrasiyası proqramları xidmətinin rəhbəri Tamta Xutsişvilinin dediyinə görə, onlar tərəfindən planlaşdırılmış tədbirlər və treninqlər tamamilə inkluziv idi və həm fiziki inkişaf rpoblemi olan, həm də əqli inkişaf problemi olan gənclərin iştirakını nəzərdə tuturdu.
Mərkəzdə bildirirlər ki, onların 2017-ci ildə də prioritetləri eynidir: bu zəif qrupların iştirakına dəstək, təhsilin populyarlaşdırılması, könüllülüyün və qeyri formal təhsilin təşviqidir. Əsas prioritet bölgələr sərhədyanı, dağlıq rayonlar və etnik azlıqların yaşadığı şəhər və kəndlərdir.
Bu mərhələdə artıq layihə ideyalarının işlənilməsi gedir, tezliklə isə rayonların seçimi başlayacaq. “Deyə bilmərəm Yormuğanlı icması üçün nələr nəzərdə tutulub, çünki hələ işlər davam edir. Lakin başqa-başqa bölgələrdən sizlərin zəngləri bizə çox kömək edir ki, harada nəyə ehtiyac olduğunu daha yaxşı bilək və müvafiq xidmət təklif edək.

Kiçik yaşlı əlilliyi olan uşaqlara gəlincə, onlar üçün yenə də uşaq və əlilliyi olan şəxslərin hüquqları barədə treninqlər keçiriləcək. Bu özünə daha yaxşı bələd olmağa imkan verən fərdi inkişaf kursu da ola bilər, vaxt menecmenti, böhranın idarə olunması da. Lakin, təbii ki, modullar yaşa uyğun tərtib olunub. Həmçinin, ədəbiyyat müsabiqəsi olacaq ki, bu da yekunda kitab halına salınacaq və görmə qüsuru olan və zəif görənlər üçün brayl şrifti ilə dərc olunacaq və rəsm müsabiqəsi də olacaq və bu da brayl şrifti ilə dərc olunacaq. Maksimal şəkildə çalışacağıq ki, gələcəkdə Yormuğanlı bizim gedəcəyimiz və layihələrimizi təklif edəcəyimiz yaşayış məntəqələrindən biri olsun.”

Paldoda yaşayan iki əlliliyi olan övlad atası Hacan Əliyevin hakimiyyət tərəfindən həyata keçirilmiş və planlaşdırılan tədbirlər haqqında heç bir məlumatı yoxdur və deyir ki, hansı layihə keçirilirsə keçirilsin, onların kəndinə onsuz da aidiyyatı olmur.
“Hakimiyyət ola bilsin ki, qərar qəbul edib, lakin hər şey şəhərlərdə olur. Oradan kənara çıxmır. Göstərmək üçün tədbirlər də şəhərlərdə keçirilir və bölgələrdə heç nə olmur, rayonda ola bilsin gözdən pərdə asmaq üçün kimlərisə toplayalar, lakin yerlərdə heç kəs maraqlanmır, bizim üçün heç nə edilmir. Bu məntəqədə 37 min insan yaşayır və belə insanların taleyi ilə maraqlanan və onlarla işləyən bir dənə də təşkilat yoxdur. Hakimiyyət tərəfindən daha çox diqqət ayırsalar daha yaxşı olar. Heç kəs fikirləşmir ki, bir neçə ildən sonra mən və həyat yoldaşım yaşa dolduqda və artıq bacarmayanda bizim uşaqların qayğısında kim qalacaq.”

İdman və Gənclər Nazirliyinin Gənclər Proqramı İdarəsinin baş mütəxəssisi Kristine Kapanadze Yormuğanlının onlar tərəfindən planlaşdırılmış tədbirlərə qoşula bilməməsinin səbəblərindən danışır.
“Bizə məlumat çatmadığı üçün bizim nazirliyin fəaliyyətləri və tədbirləri Yormuğanlıya çatmayıb vəbuna görə də bu icmada yaşayan əlilliyi olan şəxslər bu tədbirlərdə iştirak edə bilməyiblər. Planlaşdırılan tədbirlər haqqında bələdiyyələrə məlumat göndəririk və həmçinin, televiziya ilə məlumat yayırıq, kim müraciət edirsə, onları layihələrə qoşuruq.

Bizə nə bir şəxs zəng vurub hansısa layihədə iştirak etmək arzusunu bildirməyib, nə də bələdiyyə müraciət edib Yormuğanlıda yaşayan əlilliyi olan şəxslər haqqında məlumat verməyib.
Nazirlik əlilliyi olan şəxslərlə işləyən qeyri-hökumət təşkilatlarıyla fəal şəkildə əməkdaşlıq edir. Axaltsixedə fəaliyyət göstərən “Ria” mərkəzi buna misal ola bilər. Təəssüf ki, bizdə Yormuğanlıda əlilliyi olan şəxslərin yaşaması və ya bu məsələ üzərində işləyən təşkilatın mövcudluğu haqqında heç bir məlumat yoxdur.”

Kristine Kapanadzenin dediyinə görə, hal-hazırda statistika yoxdur və müvafiq olaraq əlilliyi olan şəxslərin yaşadığı yerlər haqqında məlumat yoxdur. Onlar öz bazalarından istifadə edirlər ki, bu bazanı da şəxsən özlərinin axtarıb tapdığı məlumata əsaslanaraq yaradırlar.
Bu mərhələdə danışıqlar gedir və təxminən, mart ayından etibarən Dünya Bankı ilə birgə əlilliyi olan gənclərin sayı və ehtiyacları haqqında araşdırmalar aparılacaq ki, bu zaman etnik azlıqlara daha çox diqqət yetiriləcək.

“Birinci mərhələdə araşdırmaların aparılması mümkün deyildi, çünki xalq evlərindəki əlilliyi olan şəxsləri gizləyirdi və müvafiq olaraq, nə onların ehtiyacları, nə də sayı haqqında məlumatımız yox idi. Çalışırdıq ki, tədbirlər və fəaliyyətlərlə əlilliyi olan gəncləri bayıra çıxaraq. Bundan sonra Gürcüstanda mövcud olan stereotip və damğaların az-çox dağıdılmasından, xalqın artıq əlilliyi olan uşağının, nəvəsinin olmasını gizləməməsindən sonra biz artıq araşdırma aparmağa hazırıq ki, bütün Gürcüstan miqyasında rəsmi görək, cəmləşdirək və fəaliyyətlərimizi buna görə planlayaq. Keçən il İdman və Gənclər Milli Mərkəzi öz gücü ilə araşdırma apardı, lakin bu daha böyükmiqyaslı layihə olacaq.”
İdman və Gənclər Milli Mərkəzinin Əlilliyi Olan Şəxslərin İnteqrasiyası Proqramları Xidmətinin rəhbəri Tamta Xutsişvilinin dediyinə görə, onların araşırması üç istiqamətdə aparılırdı. Bunlardan biri Səhiyyə Nazirliyi Sosial Xidmət Agentliyinin məlumatı, ikinci mənbə Təhsil Nazirliyi və üçüncü – yerli bələdiyyələrin məlumatıdır ki, onlar da öz kənd nümayəndələrinin, kənd həkimlərinin, xüsusi xidmətlərin, qeyri hökumət təşkilatlarının və s. məlumatlarına əsaslanırdı.“Bizim araşdırmaçımız hər üç təşkilatdan gələn məlumatları analiz edir. Müvafiq olaraq, hal-hazırda Yormuğanlıda yaşayan əlilliyi olan uşaq və gənclərin sayı ilə bağlı dəqiq məlumat verə bilməyəcəyəm. Təqdimatını da planlaşdırdığımız araşdırma təxminən fevralda tamamlanacaq. Məlumat veb-səhifəmizdə yayımlanacaq.”

İnsan Haqları Üçün Əməkdaşlıq qeyri hökumət təşkilatının icraçı direktoru Ana Arqanaşvilinin dediyinə görə, idman və mədəni tədbirlər həqiqətən əhəmiyyətlidir, lakin unutmamalıyıq ki, bu insanların elə problemləri var ki, onların həyatını, sağlamlığını və öz haqlarını təhdid edə bilər.
“Yüksək kateqoriyalı çox ciddi problemlər, o cümlədən onlara qarşı, misal üçün, səhiyyə sahəsində ayrı-seçkilik var və mənə bir az qəribə gəlir ki, idman fəaliyyətlərinə qoşmaqla biz onların bərabərlik strategiyasını unuduruq. Bu məntiqli deyil, bu qeyri-bərabər yanaşmadır. Hesab edirəm ki, Assosiasiya Sazişi gündəliyinin fəaliyyət planı çərçivəsində bu insanlar digər bütün sahələrdə də yada düşməlidirlər. Yalnız idman və mədəniyyət kifayət deyil.”
Ana Arqanaşvili hesab edir ki, Gürcüstanda rayon və bölgələrdəəlilliyi olan şəxslər paytaxtanisbətən daha ağır vəziyyətdədirlər, bu isə onun fikrincə ayrı-seçkilik deməkdir.

“Ən azı iki ayrı-seçkilik haqqında söhbət aça bilərik. Birincisi qanunun ayrı-seçkiliyi, və digəri, qanunun düzgün olması, lakin müxtəlif aspektlərdə ayrı-seçkiliklə istifadə olunması. Əgər Tbilisidə əlilliyi olan şəxsin mədəni tədbirlərdə iştirak etmək hüququ varsa, Yormuğanlıda bu hüquq yox olur? Bu ki təsəvvürolunmazdır.

Buna görə də, mərkəzi və yerli hakimiyyət bərabər səviyyəli rəftara xüsusi diqqət yetirməlidir ki, belə halda bölgələrə qarşı ayrı-seçkilik olmasın.
Bütün bunlarla bərabər, dil maneəsi də ortaya çıxır və bu da həmin insanların müxtəlif mühitlərdə iştirakının məhdulaşmasına səbəb olur. Onların başa düşdüyü dildə məlumat almaq imkanları yoxdur. Müvafiq olaraq, öz hüquqlarını qoruya və həyata keçirə bilmirlər, daha pisi isə, öz hüquqlarının pozulması halında şikayət edə bilmirlər.”
Onun dəyərləndirməsinə görə, insanların daha çox iştirak etməsi üçün hakimiyyət ilk növbədə onlarla əlaqəni gücləndirməlidir, hakimiyyət onlarla kabinetdən danışmamalıdır, kabinetlərdən çıxmalı və onlarla görüşməlidir; məlumat bazaları olmalı, onların ehtiyaclarını öyrənməli, vəziyyəti analiz etməli və ona müvafiq olaraqayrı-seçkilik olmadan tədbirlər planlaşdırılmalıdır.

MÜXTƏLİF FƏALİYYƏTLƏRDƏ İŞTİRAK ETMƏK İSTƏYƏNLƏR ÜÇÜN
İdman və Gənclərin işi üzrə Naziirlikdən (veb-səhifə www.msy.gov.ge), həmçinin İdman və Gənclər Milli Mərkəzindən (veb-səhifə www.cync. ge) bildiklərinə görə, maraqlanan şəxslər ilk növbədə onlarla sosial şəbəkədə dostluq etməlidirlər və onların verib səhifələrinə göz gəzdirməlidirlər. Burada müntəzəm olaraq planlaşdırılan tədbir və layihələr haqqında məlumatlar yerləşdirilir.
Hər bir layihədə elan olunur ki, maraqlananlar harada qeydiyyatdan keçməli və necə hərəkət etməlidirlər.
Bundan başqa, layihədə iştirak etmək istəyən təşkilat nazirliyə zəng etməlidir (+995 32 223 54 33), istiqamətə görə onu yönləndirirlər və müvafiq bazada qeydiyyata alırlar.
İdman və Gənclər Milli Mərkəzindən bildirirlər ki, ola bilər ki, elə layihələr elan olunsun ki, bir yerdən başqa yerdə hərəkət etmək lazım gəlməsin və yalnız işləri göndərmək lazım olsun. Maraqlanan əlilliyi olan şəxs onların veb səhifəsində konkret maraqlarını, arzularını, hansı növ layihələrdə iştirak etmək istədiklərini və ya onnlar üçün hansı növ xidmətin olmasını arzuladıqlarını yaza bilərlər ki, buna da layihənin koordinatorlarından və veb administratorlardan müvafiq məlumat ala bilərlər. Mərkəzin məlumatına görə, fəaliyyətlərini də məhz bu məktublar əsasında planlaşdırırlar. Bütün xidmətlər tamamilə pulsuzdur və yalnız yeniyetmənin motivasiyası lazımdır.

Natalia Barbakadze

ƏLİL ARABASINI NECƏ ALMAQ LAZIMDIR (ELEKTRİK ƏLİL ARABASI)
Əlil arabası almaq istəyən şəxs yerli özünüidarə orqanına (Bu halda Saqareco bələdiyyəsi icra hakimiyyətinə) müraciət etməlidir. Ərizə ilə bərabər forma 100 də təqdim etməlidirlər. İcra başçısı Qiorqi Qzirişvilinin dediyinə görə, onlar əlilliyi olan şəxslərə yalnız mexaniki əlil arabasını almağa kömək edə bilərlər.

Əlilliyi olan şəxslər elektrikli əlil arabası almaq üçün özləri ərizə ilə yerli sosial xidmət agentliyinə (mexaniki əlil arabası almaq istəyən şəxslər də bu idarəyə müraciət edə bilərlər) müraciət etməlidirlər. Hüquqşünas Mariko Kobaxidzenin dediyinə görə, ərizədə ərizəçinin hansı növ əlil arabasına ehtiyacı olduğu göstərilməlidir. Mətn təxminən belə ola bilər: “Gürcüstan Konstitusiyası, əlliliyi olan şəxslərin hüquqları haqqında BMT 2016-cı il Konvensiyasına əsasən yerli və ya mərkəzi hakimiyyət nümayəndələri əlilliyi olan şəxsləri onlar üçün mühüm olan köməkçi vasitələrlə təmin etməyə borcludurlar.”

Ərizə ilə bərabər forma 100 və forma 50/a da olmalıdır. Həmçinin, şəxsiyyət vəsiqəsinin surəti və yuxarıda qeyd olunan sənədlər olmalıdır. Sosial xidmət agentliyi bir ay ərzində yazılı şəkildə müsbət və ya mənfi cavab verməlidir. Mənfi cavab halında Səhiyyə Nazirliyinə, nazirin adına əlil arabası tələbi ilə ərizə yazılmalıdır. Bu 3000 lari həcmində vauçer maliyyələşməsidir. Əlil arabaları Gürcüstanda ölçüyə uyğun olaraq yığılır. Mütəxəssislərin dediyinə görə, əzələ atrofiyası və ya onurğa əyriliyi inkişaf etməməsi üçün əlilliyi olan şəxslərə istənilən əlil arabası olmaz.

“Müstəqil həyat naminə koalisiya”nın sədri Qiorqi Dzneladze deyir ki, elektrik əlil arabasını Gürcüstanda əlil şəxslərin çalışdığı sosial müəssisə yığır. Əgər onlar maliyyələşmə vauçerini təqdim etsələr, təşkilat nümayəndələri yerlərə gedər, əlil arabasını benefisiara uyğunlaşdırar və iki illik zəmanətlə onlara verər.

სტატიის ქართული ვერსია
გაზეთის პდფ


| Print |  E-mail
FaceBook Twitter Google
ამავე კატეგორიაში
Samtsxe-Cavaxeti, Kvemo Kartli və Kaxetidə COVID-19 vaksinasiyası
ilə bağlı vəziyyət necədir - GSCD təşkilatı
Samtsxe-Cavaxeti, Kvemo Kartli və Kaxetidə COVID-19 vaksinasiyası ilə bağlı vəziyyət necədir - GSCD təşkilatı "Vaccination4Georgia" layihəsi çərçivəsində məlumatlandırıcı kampaniya həyata keçirdi.
14:09 / 08.12.2022
Ləmbəli ictimai məktəbinin 9-cu sinfindəki 68 şagirddən ilin
sonunda 37-si təhsilini dayandırıb. Dəqiq səbəbi məlum deyil, lakin
direktorun dediyinə görə, bəzən bu onların ailənin təsrrüfat
işlərinə qoşulması ilə bağlı olur.
Ləmbəli ictimai məktəbinin 9-cu sinfindəki 68 şagirddən ilin sonunda 37-si təhsilini dayandırıb. Dəqiq səbəbi məlum deyil, lakin direktorun dediyinə görə, bəzən bu onların ailənin təsrrüfat işlərinə qoşulması ilə bağlı olur.
14:30 / 27.02.2017
Ləmbəli kəndi, günorta saat üçdür. Kənd bulağına enirik. Bir azdan
çiynində səhəng olan bir qadın yaxınlaşır. Başıını əyir və suallara
cavab verə bilmir, çünki gürcü dilini yaxşı başa düşmür.
Ləmbəli kəndi, günorta saat üçdür. Kənd bulağına enirik. Bir azdan çiynində səhəng olan bir qadın yaxınlaşır. Başıını əyir və suallara cavab verə bilmir, çünki gürcü dilini yaxşı başa düşmür.
13:34 / 27.02.2017
Saqareco bələdiyyəsinin Yormuğanlı icmasında viza
liberallaşdırılması haqqında elə də çox bilmirlər. Onu da bilmirlər
ki, martın sonlarından etibarən Avropa ölkələrinə vizasız səyahət
edə biləcəklər.
Saqareco bələdiyyəsinin Yormuğanlı icmasında viza liberallaşdırılması haqqında elə də çox bilmirlər. Onu da bilmirlər ki, martın sonlarından etibarən Avropa ölkələrinə vizasız səyahət edə biləcəklər.
11:17 / 27.02.2017
სამართალი
თელავში მომხდარი ქურდობის 4 ფაქტზე 1982 წელს დაბადებული შ.ჯ. დააკავეს. შინაგან საქმეთა სამინისტროს ინფორმაციით, დანაშაული 4-დან 7 წლამდე ვადით თავისუფლების აღკვეთას ითვალისწინებს.
11:48 / 27-03-2024
სპეციალური საგამოძიებო სამსახურის მიერ, არასრულწლოვნის თანდასწრებით ოჯახში ძალადობის და მუქარის ფაქტებზე, მხილებულია შინაგან საქმეთა სამინისტროს განსაკუთრებულ დავალებათა დეპარტამენტის თანამშრომელი ა.ბ.
11:35 / 21-02-2024
საქართველოს შინაგან საქმეთა სამინისტრო იმერეთის რეგიონში სტიქიის შედეგებთან დაკავშირებით, განცხადებას ავრცელებს.
16:25 / 07-02-2024
ეკონომიკა
საქართველოს 63 მუნიციპალიტეტში, მათ შორის კახეთის რეგიონში, ქალაქებში შესასვლელების აღმნიშვნელი სტენდები მოეწყობა, რომელზეც დამონტაჟდება მუნიციპალიტეტის გერბი, განათებები და ქალაქის დასახელებები.
12:16 / 12-04-2024
USAID-ის ეკონომიკური მმართველობის პროგრამისა და წყლის რესურსების მართვის რეფორმის ფარგლებში, სააგენტოს წარმომადგენლები თელავში მედიის წარმომადგენლებს შეხვდნენ.
12:03 / 10-04-2024
სხვა ამბები
დღეს, 16 აპრილს, 21:00 საათზე დასრულდა პლენარული სხდომა, სადაც რუსულ კანონს პირველი მოსმენით განიხილავდნენ. რადგან კანონპროექტზე კენჭისყრა დღეს ვერ შედგა, პირველი მოსმენით მსჯელობას პარლამენტი ხვალ, 17 აპრილს 12:00 საათზე დაუბრუნდება.
21:31 / 16-04-2024
პარლამენტის მიმდებარე ტერიტორიაზე საპროტესტო აქცია “კი ევროპას, არა რუსულ კანონს!” პლენარული სხდომის პარალელურად, სადაც “უცხოური გავლენის გამჭვირვალობის შესახებ” კანონპროექტს პირველი მოსმენით განიხილავენ, კვლავ გრძელდება. მოქალაქეები რუსულ კანონს აპროტესტებენ.
21:01 / 16-04-2024
საქართველოს პარლამენტში წარადგინეს ქართული ოცნების მიერ ინიცირებული კანონპროექტი „უცხოური გავლენის გამჭვირვალობის შესახებ“ და ასევე ორი ალტერნატიული კანონპროექტი, რის შემდეგაც კენჭი უყარეს, თუ რომელი კანონი უნდა აეღოთ საფუძვლად, რომელსაც უკვე პირველი მოსმენით განიხილავდნენ.
16:20 / 16-04-2024
რამდენიმე წუთში პარლამენტში პლენარულ სხდომაზე წარადგენენ კანონპროექტს „უცხოური გავლენის გამჭვირვალობის შესახებ“ და ასევე ორ ალტერნატიულ კანონპროექტს, რომელთა მომხსენებლებსაც ამისათვის 10-10 წუთიანი რეგლამენტი ექნებათ.
15:27 / 16-04-2024
საქართველოს პრეზიდენტმა, სალომე ზურაბიშვილმა ლაზარე გრიგორიადისის შეწყალების გადაწყვეტილება მიიღო.
21:42 / 12-04-2024
ლაგოდეხის მუნიციპალიტეტის, სოფელ ვარდისუბნის საჯარო სკოლის მოსწავლემ, მარიამ ძამანაშვილმა, „საქართველოს 2024 წლის ჩემპიონატი კრივში მოსწავლეთა შორის“ პირველი ადგილი დაიკავა. ის ასევე „საქართველოს 2023 წლის მოსწავლე მოკრივეთა ჩემპიონატის“ პირველი ადგილის მფლობელია.
13:43 / 25-03-2024
ვალუტა
EUR
EUR
1
3.5859
USD
USD
1
3.2054
GBP
GBP
1
4.2911
TRY
TRY
1
0.2316
RUB
RUB
100
3.2024
ამინდი
გურჯაანი 15 / 27 °C
img
საგარეჯო 14 / 25 °C
img
დ.წყარო 13 / 22 °C
img
სიღნაღი 14 / 28 °C
img
ლაგოდეხი 14 / 24 °C
img
ყვარელი 15 / 27 °C
img
თელავი 15 / 26 °C
img
ახმეტა 14 / 26 °C
img
კალენდარი
«« აპრილი 2024 »»
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 12345

speqtri.ge შენი ვებგვერდი


მოცემული ვებ გვერდი „ჯუმლას" ძრავზე შექმნილი უნივერსალური კონტენტის მენეჯმენის სისტემის (CMS) ნაწილია. ის USAID-ის მიერ დაფინანსებული პროგრამის "მედია გამჭვირვალე და ანგარიშვალდებული მმართველობისთვის" (M-TAG) მეშვეობით შეიქმნა, რომელსაც „კვლევისა და გაცვლების საერთაშორისო საბჭო" (IREX) ახორციელებს. ამ ვებ საიტზე გამოქვეყნებული კონტენტი მთლიანად ავტორების პასუხისმგებლობაა და ის არ გამოხატავს USAID-ისა და IREX-ის პოზიციას.
This web page is part of Joomla based universal CMS system, which was developed through the USAID funded Media for Transparent and Accountable Governance (MTAG) program, implemented by IREX. The content provided through this web-site is the sole responsibility of the authors and does not reflect the position of USAID or IREX.