სპექტრის დამატება
TƏHSİL ƏVƏZİNƏ UŞAQLARIN FİZİKİ ƏMƏYİ [infoGraphic]
Ləmbəli ictimai məktəbinin 9-cu sinfindəki 68 şagirddən ilin sonunda 37-si təhsilini dayandırıb. Dəqiq səbəbi məlum deyil, lakin direktorun dediyinə görə, bəzən bu onların ailənin təsrrüfat işlərinə qoşulması ilə bağlı olur.

-“Ailənin gəliri heyvandarlıq olduqda bütün ailə bu işlə məşğul olur. Uşaqlar da azad edirlər, onların həyatı və rifahı heyvandarlıqdan asılıdır və bu işlə məşğul olmalıdırlar. Keçən il belə bir hadisə baş vermişdi – yaxşı akademik davamiyyəti ilə seçilən şagirdlərdən biri sonuncu imtahandan keçə bilmədi, çünki ailəsi qoyunları yaylağa aparırdı və vaxt edə bilməmişdi. O bircə günü evdə qala bilməmişdilər. Bildiyiniz kimi, onlar köçəri həyat sürür və mövsümi olara bir yerdən başqa yerə getməli olurlar.”

Ləmbəli məktəbinin direktor müavini Məmməd Məmmədovun dediyinə görə, qızlar təhsilə ehtiyac görmürlər.
-“Tutaq ki, qız bank işi oxudu, harada işləyəcək, iş haradadır? Evdə isə valideynlərinə kömək edir, misal üçün inək sağır.”

Mülki İnkişaf İnstitutunun təhsil üzrə mütəxəssisi TamarMosiaşvilinin dediyinə görə, Gürcüstanda uşaq əməyi problemi bilavasitə təhsilin əlçatanlılığı və keyfiyyətli təhsil almaq imkanları ilə bağlıdır.

-“Fikrimcə ən məyusedicisi odur ki, uşaq əməyi ilə bağlı yalnız azərbaycanlı icmasında deyil, bütün ölkədə çox qəribə münasibət mövcuddur. Cəmiyyətin bu istiqamətdə məlumatını mütləq artırmaq lazımdır, lakin yalnız bu kifayət deyil. Dövlət uşaqlara təhsil almaq və peşə sahibi olmaq imkanı verməlidir. İctimaiyyət bir tərəfdən uşaq əməyinə tolerant münasibət göstərir, digər tərəfdən təhsilin gücünü dəyərləndirə bilmirik. Bu çoxtərəfli yanaşma və yaxşılaşdırılma tələb edən kompleks məsələdir.”

Bu icmanın ənənələri ilə bağlı olan məsələlərdən biri nişanlanmadır. DavitRostomaşvilinin dediyinə görə, uşaqlar kiçik yaşda nişanlanırlar, lakin həddi buluğa çatanlar evlənirlər. Ola bilsin ki, ailəsinin seçdiyi oğlan qızın xoşuna gəlməsin, lakin bu barədə səsini çıxara bilmir, çünki bu onların ənənələridir ki, buna qarşı çıxa bilməzlər.

Buna baxmayaraq, məktəbdə şagirdin psixoloq və ya başqa mütəxəssisin köməyinə ehtiyac duyulması halı olmayıb, çünki məktəbdə zorakılıq faktı olmayıb, nə də uşaqların evdə zorakılığa məruz qalması halları aşkar olunmayıb, bu haqda müdiriyyətə heç bir sinif rəhbəri müraciət etməyib.
Uşaqları zorakılıqdan qorumaq üçün Gürcüstanda müxtəlif proqramlar işləyir. Bunlardan biri uşaqların istiqamətləndirilməsidir. Təhsil və Elm Nazirliyindən bildirirlər ki, bütün ümumtəhsil müəssisələrində (ictimai məktəblərdə) uşaqların müdafiəsinin istiqamətləndirilməsiprosedurlarına cavabdeh şəxslər təyin olunmuşdur: hələ mandatur xidmətinin işləmədiyi məktəblərdə bu vəzifəni məktəb direktoru və ya onların müavinləri yerinə yetirir.
Mandatur xidmətindən alınan məlumatdan aydın olduğuna görə, 2016-2017-ci illərdə Yormuğanlı icmasından istiqamətləndirmə ilə bağlı heç bir ərizə daxil olmayıb. Həmçinin, sosial agentliyə də heç bir müraciət olmayıb. Yormuğanlı icmasında bir natamam və üç ictimai məktəb var. Bütün direktorlar deyir ki, onların məktəbində nə yüngül, nə də ağır formada heç bir zorakılıq faktı qeydə alınmayıb.

Yalnız Yormuğanlı ictimai məktəbinin direktoru Qazax Abdullayev bizimlə söhbət etmək istəmədi.
Ləmbəli məktəbində istiqamətləndirməyə cavabdeh şəxs direktor müavini Məmməd Məmmədovdur. O, təsdiq edir ki, onların məktəbində heç bir uşağın psixoloji köməyə ehtiyacı yoxdur. Lakin şagirdlərin bu problemi açıqlamaqdan qaça biləcəyini də istisna etmir.
-“Bəzən şagird buna qarşıdır, bəzən valideyn özü, istəmirlər ki, onların problemi üzə çıxsın. Şagirdi nəyinsə narahat etdiyini gördükdə ailəyə müraciət etmədən mandatur xidmətinə yönləndirə bilmərəm, buna hüququm yoxdur.”

Yormuğanlı icmasından mandatur xidmətinə və ya sosial xidmət agentliyinə zorakılıqla bağlı heç bir də ərizənin daxil olmaması “insan hüquqları naminə tərəfdaşlıq” təşkilatının rəhbərliyini təəccübləndirmir. Ana Abaşidzenindediyinə görə, Gürcüstanda cəmiyyət o qədər ayıq deyil ki, uşaq maraqlarının pozulması halında yüksək vətəndaşlıq məsuliyyəti göstərsin və müvafiq orqanı xəbərdar etsin. Bu məsələ xüsusilə milli azlıqların icmasında daha aktualdır, bu isə o demək deyil ki, orada zorakılıq baş vermir. Bu onu göstərir ki, peşəkarların öz vəzifələrini icra etmələri üçünhələ görüləcək çox iş var.

-“Ümumtəhsil haqqında qanuna görə, əlbəttə, orta təhsil məcburi deyildir, lakin əgər kimsə uşağı məktəbi tərk etməyə məcbur edirsə, bunu problemin olmaması kimi izah etmək olmaz. Əgər baza təhsilindən sonra kimsə uşağın istəyinin formalaşmasına təsir edirsə, və yaxud zorakılıq törədirsə, qanuna əsasən, bu, minimum təhsil hüququnun məhdudlaşdırılması, maksimum cinayət törədilməsi kimi qiymətləndirə bilər.
Məktəb cinayətin baş verib vermədiyini araşdırmağa məcbur deyil. Onlar məktəbdən çıxmış uşağı qeydə almalı və bunun səbəbləri haqqında Sosial Xidmət Agentliyinə məlumat verməlidir ki, agentlik də məsələni araşdırsın və bir nəticəyə gəlsin.
Beləliklə, əgər məktəb zorakılıq və evlilik hallarının baş verdiyini hesab etmədiyi üçün məlumat çatdırmadığını deyirsə, heç bir şeylə özünə haqq qazandıra bilməz.”

Ana Abaşidzenin dediyinə görə, əgər valideynlər tamamilə səbəbsiz olaraq uşağın 9-cu sinifdən sonra oxumağına ehtiyac olmadığını düşünür və məktəbdən kənarlaşdırırlarsa, belə qərarın uşağın istəyinə qarşı olaraq qəbul edildiyi təsdiq olunarsa, bu inzibati xətadır ki, bu da onlara qarşı cərimə sanksiyasını nəzərdə tutur. Onun dəyərləndirmələrinə görə, burada belə bir problem də üzə çıxır ki, məktəb real olaraq uşağa qarşı zorakılığın nə olduğunu və hansı qanunverici tənzimləmələrin mövcud olduğunu bilmir.

-“Xoşbəxtlikdən tənzimləmələr var, sadəcə əsas aktyorlar öz vəzifələrini bilmir və cəmiyyət özü də öz vəzifəsini yerinə yetirmir. Qanunvericiliyə görə, uşağın əsas maraqlarının pozulduğunu və ona qarşı zorakılıq törədildiyini bilən hər bir kəs Sosial Xidmət Agentliyinə məlumat çatdırmağa borcludur.”

Muğanlı natamam ictimai məktəbinin direktoru Məhəmməd Həsənov hesab edir ki, əgər şagird 9-cu sinifdən sonra təhsilini davam etdirmək əvəzinə qoyun otarmağa gedirsə, bu onun hüquqlarının pozulması deməkdir.

-“Mən uşağa təhsil və imtahanda iştirak hüququ verilməməsinə qarşıyam. Əgər yaxınları uşağın hüquqlarının onun istəyinin əksinə olaraq pozulduğunu bilirlərsə, müvafiq orqanıları mütləq xəbərdar etməlidirlər. Bir neçə ilə əvvəl valideynin uşağı məktəbə buraxmaması halı baş verdi. Mən qeyri hökumət təşkilatlarından biri ilə əlaqə saxladım və vəziyyəti izah etdim. Onlar gəldilər və biz birlikdə həmin ailəyə getdik, baş vermiş hadisənin səbəblərini araşdırdıq və uşağı məktəbə qaytardıq.
Uşağı məktəbdən niyə uzaqlaşdırırlar, kim nə bilir, onu necə gələcəyi var və ona niyə mane olmalıyıq?!
Normal ailə yetkinlik yaşına çatmamış qızının nişanlandırmaz, biz bu qızın və ya oğlanın evlilik üçün hazır olub olmadığını düşünməliyik. Uşaqları hələ uşaq yaşından nişanlandırırlar, o zamandan bilirlər ki, kimi gəlin gətirəcəklər.”

BMT Uşaq Fondu (UNICEF) bütün peşəkarların zorakılıq faktı haqqında müvafiq xidmətlərə məlumat verməsini nəzərdə tutan uşaqların qorunmasınınistiqamətləndirilmə mexanizmi prinsipini araşdırıb. Ünsiyyət proqramının rəhbəri Maya Kurtsikidze deyir ki, burada bir mühüm problem aşkar olunub.

-“Xidmət özü də cəmiyyətdən çıxır, onlar da müəyyən cəmiyyətdə, müəyyən icmada yaşayırlar və fikirləşirlər ki, əgər zorakılıq haqqında məlumat versələr, bu başqasının ailəsinin daxili işlərinə qarışmaq olar. Bu sosial normalar və baxışlar öz vəzifələrini yetirməyə mane olur və məhz buna görə, müvafiq xidmətə məlumat vermirlər. Bu yalnız Yormuğanlıicmasının problemi deyil, bizim araşdırma zamanı aydın oldu ki, müəllimlər, həkimlər zorakılıq haqqında məlumat vermirdilər, çünki bunu başqasının ailəsinin işinə qarışmaq hesab edirdilər.”

Saqareco bələdiyyəsinin Yormuğanlı icmasında mandatur yalnız Yormuğanlı ictimai məktəbində var. Nazirlikdən dediklərinə görə, onların hamısı istiqamətləndirməprosedurları bilikləri sahəsində hazırlıq keçiblər. Keçən il bütün Gürcüstan miqyasında mandatur xidməti olmayan məktəblərin direktor və müavinlərinə də təlimlər keçirildi.

2016-cı ilin sentyabrında hakimiyyətin qərarı ilə istiqamətləndirməyə qoşulmuş subyektlərin dairəsi böyüdü. Yəni, Daxili İşlər Nazirliyi, Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi, İdman və Gənclərin İşi üzrə Nazirlik, Cəzaların İcrası və Probasiya Nazirliyi və onlara tabe olan hüquqi şəxslər: Prokurorluq, Cinayətlərin Qarşısının Alınması Mərkəzi, uşaq bağçaları, mandatur xidməti, təhsil və məktəbdənxaric incəsənət müəssisələri, ixtisaslaşdırılmış uşaq müəssisələri, tibbi xidmət göstərənlər, bələdiyyələr kimi strukturlar da zorakılıq faktı barədə Sosial Agentliyə məlumat verməyə borcludurlar. Lakin zorakılıq haqqında belə məlumatı olarsa, fiziki şəxslər də məlumat verə bilərlər.Uşaqların hüquqlarının qorunması məqsədilə sosial işçilərin səlahiyyətləri də artırılıb.

-“Uşağın həyatı və sağlamlığı üçün təhlükə olduğunu aşkarlayarsa, qərar qəbul edərək uşağı ailədən çıxara bilər. Ümumiyyətlə, növbəti monitorinqi aparmağa məcbur deyilik, lakin əgər uşaq dövlət qayğısında idisə və sonra ailəsinə qaytarırıqsa, bu reinteqrasiyadır. Dövlət valideynə pul ödəyir və onu gücləndirir. Buna görə də, sosial işçinin vəzifəsidir ki, ayda bir dəfə baş çəksin.
Digər hallarda, dəyərləndirmə əsasında nə ortaya çıxır. Kiminsə psixoloqa ehtiyacı varsa, məsləhət veririk, əgər seksual zorakılıqdırsa və daha peşəkar müalicəyə ehtiyac varsa, tam kurs keçə biləcəyi qeyri hökumət təşkilatına yönləndiririk. Buna görə, belə çıxır ki, ailə ilə müəyyən müddət işləməli oluruq.”

XatunaCikiyadeyir ki, vətəndaşın zorakılıq hadisəsini küçədə gördükdə də sosial agentliyə məlumat çatdırmaq hüququ var. Tələb olunarsa, bu şəxs haqqında məlumatlar gizli olur, yəni, uşağın ailəsinə məlum olmur.
Məlumat çatdırmaq üçün 1505 nömrəsinə zəng vura bilərsiniz.

Natalya Barbakadze

გაზეთის  pdf
სტატიის ქართული ვერსია

Print E-mail
FaceBook Twitter Google
ამავე კატეგორიაში
Ləmbəli kəndi, günorta saat üçdür. Kənd bulağına enirik. Bir azdan
çiynində səhəng olan bir qadın yaxınlaşır. Başıını əyir və suallara
cavab verə bilmir, çünki gürcü dilini yaxşı başa düşmür.
Ləmbəli kəndi, günorta saat üçdür. Kənd bulağına enirik. Bir azdan çiynində səhəng olan bir qadın yaxınlaşır. Başıını əyir və suallara cavab verə bilmir, çünki gürcü dilini yaxşı başa düşmür.
13:34 / 27.02.2017
Saqareco bələdiyyəsinin Yormuğanlı icmasında viza
liberallaşdırılması haqqında elə də çox bilmirlər. Onu da bilmirlər
ki, martın sonlarından etibarən Avropa ölkələrinə vizasız səyahət
edə biləcəklər.
Saqareco bələdiyyəsinin Yormuğanlı icmasında viza liberallaşdırılması haqqında elə də çox bilmirlər. Onu da bilmirlər ki, martın sonlarından etibarən Avropa ölkələrinə vizasız səyahət edə biləcəklər.
11:17 / 27.02.2017
7 yaşlı Novruz Yormuğanlı icmasının Tüllər kəndində yaşayır. Ona
doğuşdan serebral iflic diaqnozu qoyublar və bu günə qədər intensiv
masaj kurslarına ehtiyacı var. Məktəbə getmir. Valideynləri və
yaxınları hesab edir ki, sinifdə olmaq onun üçün üzücü olar.
7 yaşlı Novruz Yormuğanlı icmasının Tüllər kəndində yaşayır. Ona doğuşdan serebral iflic diaqnozu qoyublar və bu günə qədər intensiv masaj kurslarına ehtiyacı var. Məktəbə getmir. Valideynləri və yaxınları hesab edir ki, sinifdə olmaq onun üçün üzücü olar.
11:56 / 30.01.2017
Bu ilin məlumatlarına görə, Saqareco bələdiyyəsində 27 nəfər vərəmə
yoluxmuş xəstə var. Bunlardan 10 nəfəri Yormuğanlı icmasındandır.
Vərəm və Ağciyər Xəstəlikləri Milli Mərkəzi idarəsi, koordinasiya
və nəzarət xidmətinin rəhbəri Marina Cancğavanın dediyinə görə,
onlardan üçü yolxucu formaya keçib. Gürcüstanda vərəmin
diaqnostikası və müalicəsi dövlət standartları ilə pulsuzdur və
düzgün müalicə aparılması halında sağalır.
Bu ilin məlumatlarına görə, Saqareco bələdiyyəsində 27 nəfər vərəmə yoluxmuş xəstə var. Bunlardan 10 nəfəri Yormuğanlı icmasındandır. Vərəm və Ağciyər Xəstəlikləri Milli Mərkəzi idarəsi, koordinasiya və nəzarət xidmətinin rəhbəri Marina Cancğavanın dediyinə görə, onlardan üçü yolxucu formaya keçib. Gürcüstanda vərəmin diaqnostikası və müalicəsi dövlət standartları ilə pulsuzdur və düzgün müalicə aparılması halında sağalır.
11:50 / 30.01.2017
Qeyri hökumət təşkilatlarının dəyərləndirməsinə görə, zorbalıq
yalnız Gürcüstanda deyiil, həmçinin, xaricdə də kəskin hal alıb.
Lakin bizim ölkədə xüsusilə bilik və səlahiyyətin azlığı
nəzərəçarpacaq dərəcədədir. Onların dediyinə görə, dövlət
zorbalığın zərəli təsirləri haqqında kifayət qədər məlumatlandırmır
ki, bu da yalnız qurban deyil, həm də digər şagirdlərin vəziyyətini
daha da pisləşdirə bilər.
Qeyri hökumət təşkilatlarının dəyərləndirməsinə görə, zorbalıq yalnız Gürcüstanda deyiil, həmçinin, xaricdə də kəskin hal alıb. Lakin bizim ölkədə xüsusilə bilik və səlahiyyətin azlığı nəzərəçarpacaq dərəcədədir. Onların dediyinə görə, dövlət zorbalığın zərəli təsirləri haqqında kifayət qədər məlumatlandırmır ki, bu da yalnız qurban deyil, həm də digər şagirdlərin vəziyyətini daha da pisləşdirə bilər.
11:38 / 30.01.2017
სხვა ამბები
განათლების და მეცნიერების სამინისტროს ინფორმაციით, 2021 წლის ბოლომდე საჯარო სკოლებში უსაფრთხოების წესით დადგენილი სტანდარტები დაინერგება.
12:42 / 23-03-2019
საგაზაფხულო მიღებაზე პროფესიულ პროგრამებზე სწავლის გაგრძელების მსურველთა რეგისტრაცია 8 აპრილს დაიწყება და 19 აპრილის ჩათვლით გაგრძელდება.
13:28 / 22-03-2019
2019-2020 სასწავლო წლისათვის პირველკლასელთა რეგისტრაციის წესში ცვლილებები შევიდა. მიზეზი, სპეციალური საგანმანათლებლო საჭიროების მქონე ბავშვების ინტერესების დაცვაა.
15:31 / 20-03-2019
23-24 მარტს გურჯაანის სპორტკომპლექსში ძიუდოში ლაშა მღებრიშვილის სახელობის საერთაშორისო ტურნირი ჩატარდება.
12:24 / 19-03-2019
პარასკევს, 15 მარტს, ფრანგულ სამედიცინო ცენტრ კახეთი-იონში ჟორდანიის კლინიკის ხელმძღვანელმა, რეპროდუქტოლოგმა ნანა ჯანელიძემ კონსულტაცია გაუწია უშვილო წყვილებს. ვიზიტის ფარგლებში, კლინიკაშინ ჩამოსული იყო ასევე ინვიტრო განაყოფიერების სპციალისტ-ემბრიოლოგი ედგარ გონზალესი.
09:53 / 17-03-2019
აფხაზური ენის შესწავლის მსურველებისთვის სახელმძღვანელო გამოიცა.
14:47 / 16-03-2019
ვალუტა
EUR
EUR
1
3.0536
USD
USD
1
2.5751
GBP
GBP
1
3.4411
TRY
TRY
1
0.6764
RUB
RUB
100
4.4602
ამინდი
გურჯაანი 1 / 11 °C
img
საგარეჯო 1 / 8 °C
img
დ.წყარო 2 / 7 °C
img
სიღნაღი 1 / 11 °C
img
ლაგოდეხი 3 / 11 °C
img
ყვარელი 1 / 11 °C
img
თელავი 3 / 10 °C
img
ახმეტა 2 / 10 °C
img
კალენდარი

speqtri.ge შენი ვებგვერდი


მოცემული ვებ გვერდი „ჯუმლას" ძრავზე შექმნილი უნივერსალური კონტენტის მენეჯმენის სისტემის (CMS) ნაწილია. ის USAID-ის მიერ დაფინანსებული პროგრამის "მედია გამჭვირვალე და ანგარიშვალდებული მმართველობისთვის" (M-TAG) მეშვეობით შეიქმნა, რომელსაც „კვლევისა და გაცვლების საერთაშორისო საბჭო" (IREX) ახორციელებს. ამ ვებ საიტზე გამოქვეყნებული კონტენტი მთლიანად ავტორების პასუხისმგებლობაა და ის არ გამოხატავს USAID-ისა და IREX-ის პოზიციას.
This web page is part of Joomla based universal CMS system, which was developed through the USAID funded Media for Transparent and Accountable Governance (MTAG) program, implemented by IREX. The content provided through this web-site is the sole responsibility of the authors and does not reflect the position of USAID or IREX.