სპექტრის დამატება
GÜRCÜ YUNU AVROPA İTTİFAQI BAZARINDA – REAL PERSPEKTİVLƏR

26 yaşlı Yolçu Süleymanov Yormuğanlı icmasının Keşəli kəndində yaşayır və diş həkimi işləyir. Bundan başqa, atası ilə birgə yun biznesi ilə də məşğul olur.

Yunu Yormuğanlıda yerli sakinlərdən 0.50-1.00 lariyə alırlar, sonra yudurdurlar və Gürcüstanda, müxtəlif bazarlarda satırlar. Onların dediyinə görə, yunun qiyməti 2 laridən 5 lariyədək dəyişir. Deyir ki, yaz yunu daha qiymətlidir. Məhsulu bəzən Bakı və Türkiyəyə də aparırlar, Bir az keyfiyyətli yun satırlar və müvafiq olaraq qiymətlər də fərqli olur. “Burada 5 laridirsə, xaricdə 10 lariyə satırıq. Bəzən ayda 4 yük maşını yun aparırıq. Gömrükdə yalnız ona fikir verirlər ki, sıxılmış vəziyyətdə olsun.”

 

Yolçu Süleymanov bilir ki, gürcü yununun Avropa İttifaqı bazarlarına çıxarılma perspektivləri var. Lakin o bilmir ki, bunun üçün yun hansı tələblərə cavab verməlidir. Deyir ki, standartlarla tanış olması halında özü də istəyər ki, bütün tövsiyələrin nəzərə alındığı müəssisə yaratsın.

Keşəlidə yaşayan 64 yaşlı Mədəd Cəlilov çobandır. Özünün dediyinə görə, sənəti əcdadlarından irs olaraq alıb və “qoyunlar arasında olmaq” sahəsində çoxillik təcrübə toplayıb. 300 baş qoyunu var ki, bunları da ildə iki dəfə - apreldə və sentyabrda qırxır. Dağda ev kirayələyir və ora ailəsi ilə birlikdə gedir. Digər yerli sakinlər kimi o, da yunun satılması problemləri haqqında danışır. “Kəndə Türk sahibkar gəlir və 25 tetriyə alır, bizə isə yalnız əziyyət qalır. Ona satmasaq da sonra hara aparaq, müştəri haradadır?! Elə olub ki sata bilməmişəm, dağda yığılıb qalıb. Dağdan bura daşıyanda da ola bilsin ki heç benzin pulunu da ödəməsin. Bilirəm ki, Avstraliyada yun çox bahadır, amma ora necə aparasan?”

Milli Ərzaq Agentliyinin baş baytarı MixeilSoxadzenin bildirdiyinə görə, Avropaya yun aparmaq istəyən müəssisələrdə Avropa İttifaqının müəyyən tələbləri var.

“Avropa İttifaqı ölkələrinə yun aparmaq üçün iki müəssisəyə icazə verilib. Bunlardan biri Marneulidədir, digəri isə Araqvispiridə. Avropa İttifaqının həm müəssisənin təşkili, həm də məhsulun daşınması ilə bağlı müəyyən tələbləri var. Müəssisə rəhbərliklərinə bu prosedurları izah etdik və öhdəliklər müəyyən etdik. Gürcü yunu bu iki müəssisə vasitəsilə sabah da Avropa bazarına çıxa bilər. Avropa İttifaqının tənzimləməsinə görə, müəssisəyə quşların keçməsinin qarşısı alınmalıdır, divarları müntəzəm olaraq yuyulmalıdır, dezinfeksiya işləri aparılmalıdır və s. Daşınmaya gəlincə isə yun sağlam heyvandan alınmalı, kifayət qədər yaxşı qablaşdırılmalıdır. Müəssisənin Avropanın istənilən ölkəsində Məhsulu qəbul etməyə hazır olan tərəfdaşı olmalıdır. İdxalatçı ölkə gömrüyünü yükün sərhədi keçəcəyi barədə 24 saat əvvəldən xəbərdar etməlidir. Məhsul sərhədi keçən kimi sənaye emalı üçün hazır olur. Burada qablaşdırılmış yun yalnız müəssisədə açılmalıdır.”

MixeilSoxadzenin bildirdiyinə görə, Avropa İttifaqı tələblərin yerinə yetirilməsini ciddi şəkildə tələb edir. Hər hansı bir şəxs Avropa İttifaqı bazarlarına yun çıxarmaq üçün müəssisə yaratmalı və tələbləri yerinə yetirməlidir. Həmin müəssisəyə dövlət nəzarət edir. Maraqlanan şəxslər Milli Ərzaq Agentliyində məsləhət ala bilərlər. “Dövlət müəssisənin Avropa İttifaqının tələblərinə uyğunluğuna və onun tərəfindən çatdırılan məhsulun zərərsizliyinə təminat verir. Onu da qeyd etmək istəyirəm ki, ümumiyyətlə, gürcü yunu yüksək keyfiyyətli deyil, coddur və daha çox xalça hazırlanmasında istifadə edilir.”

Baş baytarın bildirdiyinə görə, heyvanın sağlam olması üçün dövlət bir sıra tədbirlər həyata keçirir. “Bütün Gürcüstanda fərdi baytarlarla razılaşmışıq. İqtisadiyyata böyük siyan vuran və keçici xəstəliklərin qarşısının alınması tədbirləri görülür. Hal-hazırda kiçikbuynuzlu heyvanlarda vəba əleyhinə peyvənd aparılır, iki-üç həftədən sonra isə dabaq xəstəliyinə qarşı peyvənd aparılacaq. Vərəmə qarşı müəyyən nəzarətlər həyata keçiririk, kırım-konqo hərarətinə qarşı tədbirlər görürük. Bütün bunları dövlət oulsuz həyata keçirir. Fermerlər rahat olmalıdır ki, onların heyvanları sağlamdır. Elə xəstəliklər də var ki özləri nəzarət etməlidirlər. Lakin çox vaxt bunu etmək istəmirlər ki, bu da çox pis haldır”, – o, dedi.

2014-cü ildə Çobanlar Assosiasiyasının təşəbbüsü ilə Avstraliyadan Gürcüstana yununtəsnifləndirilməsi üzrə mütəxəssislər gəldi. Yunla əlaqədar standartlarla həmin təşkilatların nümayəndələrini tanış etdilər, onlar isə tövsiyələri fermerlərlə paylaşdılar. “Onlar bizə hansı standartların mövcud olduğu, yunun necə təsnifləndirildiyi və s. ilə tanış etdilər. Bu il yenə gəlməlidirlər. Yunun keyfiyyətli olması üçün qoyunun iki dəfə deyil, bir dəfə qırxılması barədə tövsiyələr aldıq. Əgər düzgün qırxılarsa, dörd cür müxtəlif növlü yunun alınması da mümkündür. Bütün bunlar üçün bilik lazımdır. Tövsiyələrin ciddi xarakter alması üçün onların yerinə yetirilməsi  vacibdir. Məhz həyata keçirmək sahəsində problemlərimiz var. Bu fermerlər və yunu təhvil verən şəxslər tərəfindən həll edilməlidir. Təhvil alan fermerdən yunun keyfiyyətini artırmasını tələb etməlidir. O, tələb etmədikcə fermer bunu yerinə yetirməyə başlamayacaq.” – Çobanlar Assosiasiyasının nümayəndəsi BekaQonaşvili qeyd etdi.

Milli Statistika Xidmətinin məlumatına görə, son illər yun idxalı nəticəsində gəlir azalıb. Son üç il ərzində yun ixracından gələn gəlir cəmi 403 800 lari təşkil edib.

Yun ixracından gələn gəlir

2013-cü il – 149.2 min ABŞ dolları

2014-cü il – 129.5 min ABŞ dolları

2015-ci il – 125.1 min ABŞ dolları

Bu ilin yanvar ayında isə yun ixracından gələn gəlir 49 min ABŞ dolları təşkil edib.

 

 

სტატიის ქართული ვერსია

 

SPEKTRI  XÜSUSİ BURAXILIŞ

| Print |  E-mail
FaceBook Twitter Google
ამავე კატეგორიაში
Samtsxe-Cavaxeti, Kvemo Kartli və Kaxetidə COVID-19 vaksinasiyası
ilə bağlı vəziyyət necədir - GSCD təşkilatı
Samtsxe-Cavaxeti, Kvemo Kartli və Kaxetidə COVID-19 vaksinasiyası ilə bağlı vəziyyət necədir - GSCD təşkilatı "Vaccination4Georgia" layihəsi çərçivəsində məlumatlandırıcı kampaniya həyata keçirdi.
14:09 / 08.12.2022
Ləmbəli ictimai məktəbinin 9-cu sinfindəki 68 şagirddən ilin
sonunda 37-si təhsilini dayandırıb. Dəqiq səbəbi məlum deyil, lakin
direktorun dediyinə görə, bəzən bu onların ailənin təsrrüfat
işlərinə qoşulması ilə bağlı olur.
Ləmbəli ictimai məktəbinin 9-cu sinfindəki 68 şagirddən ilin sonunda 37-si təhsilini dayandırıb. Dəqiq səbəbi məlum deyil, lakin direktorun dediyinə görə, bəzən bu onların ailənin təsrrüfat işlərinə qoşulması ilə bağlı olur.
14:30 / 27.02.2017
Ləmbəli kəndi, günorta saat üçdür. Kənd bulağına enirik. Bir azdan
çiynində səhəng olan bir qadın yaxınlaşır. Başıını əyir və suallara
cavab verə bilmir, çünki gürcü dilini yaxşı başa düşmür.
Ləmbəli kəndi, günorta saat üçdür. Kənd bulağına enirik. Bir azdan çiynində səhəng olan bir qadın yaxınlaşır. Başıını əyir və suallara cavab verə bilmir, çünki gürcü dilini yaxşı başa düşmür.
13:34 / 27.02.2017
Saqareco bələdiyyəsinin Yormuğanlı icmasında viza
liberallaşdırılması haqqında elə də çox bilmirlər. Onu da bilmirlər
ki, martın sonlarından etibarən Avropa ölkələrinə vizasız səyahət
edə biləcəklər.
Saqareco bələdiyyəsinin Yormuğanlı icmasında viza liberallaşdırılması haqqında elə də çox bilmirlər. Onu da bilmirlər ki, martın sonlarından etibarən Avropa ölkələrinə vizasız səyahət edə biləcəklər.
11:17 / 27.02.2017
სამართალი
თელავში მომხდარი ქურდობის 4 ფაქტზე 1982 წელს დაბადებული შ.ჯ. დააკავეს. შინაგან საქმეთა სამინისტროს ინფორმაციით, დანაშაული 4-დან 7 წლამდე ვადით თავისუფლების აღკვეთას ითვალისწინებს.
11:48 / 27-03-2024
სპეციალური საგამოძიებო სამსახურის მიერ, არასრულწლოვნის თანდასწრებით ოჯახში ძალადობის და მუქარის ფაქტებზე, მხილებულია შინაგან საქმეთა სამინისტროს განსაკუთრებულ დავალებათა დეპარტამენტის თანამშრომელი ა.ბ.
11:35 / 21-02-2024
საქართველოს შინაგან საქმეთა სამინისტრო იმერეთის რეგიონში სტიქიის შედეგებთან დაკავშირებით, განცხადებას ავრცელებს.
16:25 / 07-02-2024
ეკონომიკა
საქართველოს 63 მუნიციპალიტეტში, მათ შორის კახეთის რეგიონში, ქალაქებში შესასვლელების აღმნიშვნელი სტენდები მოეწყობა, რომელზეც დამონტაჟდება მუნიციპალიტეტის გერბი, განათებები და ქალაქის დასახელებები.
12:16 / 12-04-2024
USAID-ის ეკონომიკური მმართველობის პროგრამისა და წყლის რესურსების მართვის რეფორმის ფარგლებში, სააგენტოს წარმომადგენლები თელავში მედიის წარმომადგენლებს შეხვდნენ.
12:03 / 10-04-2024
სხვა ამბები
ვრცელდება ოპოზიციონერი დეპუტატის, ალეკო ელისაშვილის დაკავების კადრები. რამდენიმე წუთით ადრე, ელისაშვილი მომიტინგეებთან ერთად ირაკლი კობახიძესთან შეხვედრას ითხოვდა.
00:46 / 18-04-2024
ამერიკის შეერთებული შტატების სახელმწიფო დეპარტამენტის პრეს-სპიკერი მოადგილე, ვედანტ პატელი კვლავ ეხმიანება ე.წ „აგენტები კანონს“ და საქართველოს ხელისუფლებას გაფრთხილებების გათვალისწინებისკენ მოუწოდებს, რადგან აღნიშნული კანონი არ შეესაბამება ევროკავშირის ნორმებს.
23:54 / 17-04-2024
საპროტესტო აქციის მონაწილეები მსვლელობით გადავიდნენ მთავრობის კანცელარიისკენ და პრემიერ-მინისტრ ირაკლი კობახიძესთან შეხვედრას ითხოვენ.
23:17 / 17-04-2024
ამერიკული ანალიტიკური ცენტრის, საგარეო პოლიტიკის კვლევის ინსტიტუტის (FPRI) ევრაზიის პროგრამის ხელმძღვანელი ბობ ჰამილტონი საქართველოში ბოლო დღეების მანძილზე განვითარებულ მოვლენებთან დაკავშირებით საკუთარ მოსაზრებას ავრცელებს და სოციალურ ქსელში წერს, რომ საქართველოში რუსეთის ინტერვენციაა შესაძლებელი.
22:29 / 17-04-2024
საქართველოს პრეზიდენტი სალომე ზურაბიშვილი საპროტესტო აქციას ეხმაურება.
22:08 / 17-04-2024
ლაგოდეხის მუნიციპალიტეტის, სოფელ ვარდისუბნის საჯარო სკოლის მოსწავლემ, მარიამ ძამანაშვილმა, „საქართველოს 2024 წლის ჩემპიონატი კრივში მოსწავლეთა შორის“ პირველი ადგილი დაიკავა. ის ასევე „საქართველოს 2023 წლის მოსწავლე მოკრივეთა ჩემპიონატის“ პირველი ადგილის მფლობელია.
13:43 / 25-03-2024
ვალუტა
EUR
EUR
1
3.5859
USD
USD
1
3.2054
GBP
GBP
1
4.2911
TRY
TRY
1
0.2316
RUB
RUB
100
3.2024
ამინდი
გურჯაანი 15 / 29 °C
img
საგარეჯო 14 / 27 °C
img
დ.წყარო 12 / 23 °C
img
სიღნაღი 14 / 30 °C
img
ლაგოდეხი 15 / 25 °C
img
ყვარელი 15 / 29 °C
img
თელავი 16 / 28 °C
img
ახმეტა 15 / 28 °C
img
კალენდარი

speqtri.ge შენი ვებგვერდი


მოცემული ვებ გვერდი „ჯუმლას" ძრავზე შექმნილი უნივერსალური კონტენტის მენეჯმენის სისტემის (CMS) ნაწილია. ის USAID-ის მიერ დაფინანსებული პროგრამის "მედია გამჭვირვალე და ანგარიშვალდებული მმართველობისთვის" (M-TAG) მეშვეობით შეიქმნა, რომელსაც „კვლევისა და გაცვლების საერთაშორისო საბჭო" (IREX) ახორციელებს. ამ ვებ საიტზე გამოქვეყნებული კონტენტი მთლიანად ავტორების პასუხისმგებლობაა და ის არ გამოხატავს USAID-ისა და IREX-ის პოზიციას.
This web page is part of Joomla based universal CMS system, which was developed through the USAID funded Media for Transparent and Accountable Governance (MTAG) program, implemented by IREX. The content provided through this web-site is the sole responsibility of the authors and does not reflect the position of USAID or IREX.