სპექტრის დამატება
GİZLİ DAVAM EDƏN XAİN XƏSTƏLİK
Saqareco, Yormuğanlı icması, Qazlar kəndi... Kəndin girəcəyində “birja”da yerli sakinlər toplaşıb və müxtəlif aktual məsələləri müzakirə edirlər. Biz də onların müzakirəsinə qoşuluruq. Bu günlərdə Hepatit C xəstəliyinin qarşısının alınması proqramı haqqında aktiv şəkildə söhbətlər getməsindən irəli gələrək, orada yaşayan etnik azərbaycanlıların bu xəstəlik haqqında nə bildikləri və onların bu proqrama qoşulmağa nə dərəcədə hazır olduqları ilə maraqlandıq.-ər onlarda pulsuz skrininq (müayinə) də keçirilməyib.

Xəstəlik haqqında az-çox Elbəyi Əliyevin məlumatı var. Bilir ki, Hepatit C keçicidir, lakin hansı yolla yayıldığını dəqiq deyə bilmir. Deyir ki, ailə üzvlərinin təhlükəsizliyi üçün bu virusun daşıyıcısı olub olmadığını mütləq bilməlidir.
-“Bütün dünya bu xəstəliyin azaldılması barəsində düşünür. Dərmanlar pulsuzdur, bizim ölkəmiz də bunun qayğısına qalır. Ailədə 2 kiçikyaşlı nəvələrim yaşayır, yaxşı olardı ki, onlara keçməməsi üçün elə indi biləydim bu xəstəlik var yoxsa yox. Hepatitə inkişaf etməyə imkan verməməliyik. Hələ kimdəsə bu xəstəliyin olduğu barədə eşitməmişəm, amma eşitsəm ki, kiminsə hepatiti var, mütləq dəstək olaram ki, ürəyi qırılmasın.” – Elbəyi Əliyev deyir.

73 yaşlı Əlixan Həsənov Qazlar sakinidir. Ailədə ondan başqa 14 nəfər yaşayır. Hepatit C haqqında ətraflı məlumatı yoxdur. Deyir ki, əgər onların kəndində müayinə aparılsa, o, da, ailəsi də mütləq iştirak edəcək.
-“Hepatit C nə xəstəlik olduğunu bilmirəm, lakin əgər müayinə lazım olsa, həm də pulsuz analiz götürürlərsə, əlbəttə gedərik. Eşitməmişəm ki, kəndimizdə kimdəsə bu xəstəlik olsun.”

Baxmayaraq ki, çoxlarının bu xəstəliyin xüsusiyyəti və Səhiyyə Nazirliyinin həyata keçirdiyi müalicə proqramın haqqında məlumatı yoxdur, bu aksiyaya qoşulmağa hazır olduqlarını bildirirlər.

-“Düşünürəm ki, bizim kənddə bu xəstəlik ümumiyyətlə aşkarlanmayıb. Əgər həkimlər gəlib pulsuz müayinə keçirsə, niyə də getməyək. Ola bilər ki 30% getməsin, amma 70% gedər. Əgər kimdəsə aşkarlansa və pulsuz müalicə olunsa, sonra digərləri də maraqlanar və həkimə gedərlər,”– Qazlar sakinləri bildirirlər.

Saqareco bələdiyyəsinin Yormuğanlı icmasındakı Geo-Hospitals klinikasının meneceri Bəşir Mahmudov təsdiqləyir ki, onların icmasında Hepatit C skrininqi keçirilməyib. Bu istiqamətdə nə isə planlaşdırılıbplanlaşdırılmadığı ona da məlum deyil. Onun dediyinə görə, onların icmasında bu xəstəlik haqqında məlumat çox azdır.
-Hələlik aksiya keçirilməyib, ola bilsin sonralar keçiriləcək, dəqiq deyə bilmərəm, nə zaman. Bizim kəndlərdə bu xəstəlik qeydə alınmayıb. Heç kəs də şikayətlə müraciət etməyib. Əgər lazım olarsa, əhaliyə harada müayinə keçməsi haqqında məsləhətlər verərik. Onu təsdiqləyə bilərəm ki, əhalinin xəstəliyin özü və onun müalicəsi proqramı haqqında çox az məlumatları var.”– Bəşir Mahmudov bildirdi.

Hepatit C qaraciyəri sıradan çıxaran virus infeksiyasıdır. 60-70% halda xəstəlik xroniki hal alır, qalan hallarda isə öz-özünə sağalmayla tamamlanır.
-“İnsan orqanizminin bu virusları öldürmək üçün immunobioloji gücü var. İnfeksiyanın mənbəyi xəstə insandır. Xəstəliyin üç forması mövcuddur: ağır, xroniki və virus daşıyıcısı. Əsasən kifayət qədər dezinfeksiya edilməmiş alətlərdən – stomatoloji, ginekoloji, cərrahi alətlərdən qanla keçir. Gözəllik salonu da riskli obyekt hesab olunur. Hepatitin inkubasiya dövrü təxminən 40-50 gündür. Bu gizli keçir və xəstəlik bundan sonra aşkarlanır.”– həkim-profilaktikaçıEkaBurdiaşvili deyir.

Onun dediyinə görə, xəstəlik zamanı baş və qarın ağrısı, ürəkbulanması olur. Çox hallarda isə, simptomsuz davam edir, buna görə də Hepatit C gizli davam edən xain xəstəlik adlandırılır.
-“Xəstəlik ağır hal aldıqda, sağ qabırğanın altında ağrılar olur, oynaq ağrıları, hərarət də ola bilər. Çox vaxt son mərhələyə çatana kimi insan heç nə hiss etmir. Diaqnoz test-çubuqlar vasitəsilə qoyulur. Ölkə miqyasında Hepatit C əleyhinə bir neçə aksiya keçirilir. Bu Səhiyyə Nazirliyinin həyata keçirdiyi kifayət qədər xeyirxah əməldir. Həm qarşısının alınması istiqamətində, həm də müalicə istiqamətində işlər geniş yayılıb ki, bunlar da pulsuzdur. Statistik məlumatlara görə, xəstəliyin aradan qaldırılması proqramı yaxşı nəticə verir. Bütün xalqı bu xeyirxah işdə iştirak etməyə və müayinələrdən keçməyə çağırıram. Digər xəstəliklərdə olduğu kimi bu xəstəlikdə də erkən diaqnostika çox əhəmiyyətlidir.”

Assosiasiya sazişinin fəaliyyət planına əsasən, 2016-2020-ci illərdə Hepatit C-nin aradan qaldırılması proqramı təsdiqlənib. Bununla birlikdə gələn ildən maarifləndirmənin artırılması istiqamətində də müəyyən tədbirlər həyata keçiriləcək.
-“Skrininq müayinəsi bütün rayon və regional mərkəzlərdə pulsuzdur. İstəyən hər kəs ictimai səhiyyə mərkəzlərində pulsuz xidmət ala bilərlər. Digər diaqnostik müayinələrə gəldikdə isə, bütün ölkədə vahid sistem əsasında işləyir. Ehtiyac içində yaşayanların xidmət haqqının 70%-i, digərlərinin isə 30%-i maliyyələşdirilir. Bu xəstəlik istiqamətində maarifləndirmənin artırılması gələn il həyata keçiriləcək vahid planın hissəsidir.” – Səhiyyə Nazirliyinin ictimai sağlamlığın qorunması və proqramlar idarəsinin rəhbəri EkaterineAdamia qeyd etdi.

Xəstəliklərə Nəzarət Və İctimai Səhiyyə Milli Mərkəzinin Kaxeti şöbəsinin rəhbəri NeliXizanişvilinin dediyinə görə, skrininq proqramı Yormuğanlıda hələlik keçirilməyib. Əgər əhali tələb etsə, mütləq belə fəaliyyət planlaşdırarlar.
-“İki dəfə Saqareco ictimai səhiyyə mərkəzində müayinə keçirmişik. Yormuğanlı icmasının kəndlərinin əhalisi bu haqda məlumatlandırılmış olmalı idilər. Lakin onlar tərəfindən birbaşa oraya getmək barədə tələb olarsa, belə də edərik. Onların buna hazır olmaları bizi daha da sevindirər. Kaxetidə belə bir hal olmuşdu. Əhalinin arzusu ilə müayinə üçün oraya getdik. Bütün rayon ictimai səhiyyə mərkəzlərində skrininq həyata keçiririk.”

Onun dediyinə görə, ölkə miqyasında Hepatit C haqqında məlumat vərəqələri paylanılıb, amma bunlar yalnız gürcü dilində olub.
-“Rayonlarda ictimai səhiyyə mərkəzlərində broşürlər paylayırıq və sonra onlar həkimlər vasitəsiləyayırlar. Əlbəttə, bu aksiya Saqarecoda da keçirilir. Lakin, təəssüf ki broşürlər Azərbaycan dilində dərc olunmayıb.”

NeliXizanişvilinin məlumatına görə, bu mərhələdə Kaxetidəskrininq xidmətini yalnızTelavilaborator mərkəzində almaq mümkündür. Bununla belə, İctimai Səhiyyə Mərkəzi bu xidməti göstərmək arzusunu bildirən tibb müəssisəsi ilə müqavilə bağlayır ki, proqram daha çox insanı əhatə etsin.


NataliaBarbakadze




სტატიის ქართული ვერსია

გაზეთის  pdf

| Print |  E-mail
FaceBook Twitter Google
თეგები Hepatit C iormuganlo /
ამავე კატეგორიაში
Samtsxe-Cavaxeti, Kvemo Kartli və Kaxetidə COVID-19 vaksinasiyası
ilə bağlı vəziyyət necədir - GSCD təşkilatı
Samtsxe-Cavaxeti, Kvemo Kartli və Kaxetidə COVID-19 vaksinasiyası ilə bağlı vəziyyət necədir - GSCD təşkilatı "Vaccination4Georgia" layihəsi çərçivəsində məlumatlandırıcı kampaniya həyata keçirdi.
14:09 / 08.12.2022
Ləmbəli ictimai məktəbinin 9-cu sinfindəki 68 şagirddən ilin
sonunda 37-si təhsilini dayandırıb. Dəqiq səbəbi məlum deyil, lakin
direktorun dediyinə görə, bəzən bu onların ailənin təsrrüfat
işlərinə qoşulması ilə bağlı olur.
Ləmbəli ictimai məktəbinin 9-cu sinfindəki 68 şagirddən ilin sonunda 37-si təhsilini dayandırıb. Dəqiq səbəbi məlum deyil, lakin direktorun dediyinə görə, bəzən bu onların ailənin təsrrüfat işlərinə qoşulması ilə bağlı olur.
14:30 / 27.02.2017
Ləmbəli kəndi, günorta saat üçdür. Kənd bulağına enirik. Bir azdan
çiynində səhəng olan bir qadın yaxınlaşır. Başıını əyir və suallara
cavab verə bilmir, çünki gürcü dilini yaxşı başa düşmür.
Ləmbəli kəndi, günorta saat üçdür. Kənd bulağına enirik. Bir azdan çiynində səhəng olan bir qadın yaxınlaşır. Başıını əyir və suallara cavab verə bilmir, çünki gürcü dilini yaxşı başa düşmür.
13:34 / 27.02.2017
Saqareco bələdiyyəsinin Yormuğanlı icmasında viza
liberallaşdırılması haqqında elə də çox bilmirlər. Onu da bilmirlər
ki, martın sonlarından etibarən Avropa ölkələrinə vizasız səyahət
edə biləcəklər.
Saqareco bələdiyyəsinin Yormuğanlı icmasında viza liberallaşdırılması haqqında elə də çox bilmirlər. Onu da bilmirlər ki, martın sonlarından etibarən Avropa ölkələrinə vizasız səyahət edə biləcəklər.
11:17 / 27.02.2017
სამართალი
თელავში მომხდარი ქურდობის 4 ფაქტზე 1982 წელს დაბადებული შ.ჯ. დააკავეს. შინაგან საქმეთა სამინისტროს ინფორმაციით, დანაშაული 4-დან 7 წლამდე ვადით თავისუფლების აღკვეთას ითვალისწინებს.
11:48 / 27-03-2024
სპეციალური საგამოძიებო სამსახურის მიერ, არასრულწლოვნის თანდასწრებით ოჯახში ძალადობის და მუქარის ფაქტებზე, მხილებულია შინაგან საქმეთა სამინისტროს განსაკუთრებულ დავალებათა დეპარტამენტის თანამშრომელი ა.ბ.
11:35 / 21-02-2024
საქართველოს შინაგან საქმეთა სამინისტრო იმერეთის რეგიონში სტიქიის შედეგებთან დაკავშირებით, განცხადებას ავრცელებს.
16:25 / 07-02-2024
ეკონომიკა
საქართველოს 63 მუნიციპალიტეტში, მათ შორის კახეთის რეგიონში, ქალაქებში შესასვლელების აღმნიშვნელი სტენდები მოეწყობა, რომელზეც დამონტაჟდება მუნიციპალიტეტის გერბი, განათებები და ქალაქის დასახელებები.
12:16 / 12-04-2024
USAID-ის ეკონომიკური მმართველობის პროგრამისა და წყლის რესურსების მართვის რეფორმის ფარგლებში, სააგენტოს წარმომადგენლები თელავში მედიის წარმომადგენლებს შეხვდნენ.
12:03 / 10-04-2024
სხვა ამბები
ვრცელდება ოპოზიციონერი დეპუტატის, ალეკო ელისაშვილის დაკავების კადრები. რამდენიმე წუთით ადრე, ელისაშვილი მომიტინგეებთან ერთად ირაკლი კობახიძესთან შეხვედრას ითხოვდა.
00:46 / 18-04-2024
ამერიკის შეერთებული შტატების სახელმწიფო დეპარტამენტის პრეს-სპიკერი მოადგილე, ვედანტ პატელი კვლავ ეხმიანება ე.წ „აგენტები კანონს“ და საქართველოს ხელისუფლებას გაფრთხილებების გათვალისწინებისკენ მოუწოდებს, რადგან აღნიშნული კანონი არ შეესაბამება ევროკავშირის ნორმებს.
23:54 / 17-04-2024
საპროტესტო აქციის მონაწილეები მსვლელობით გადავიდნენ მთავრობის კანცელარიისკენ და პრემიერ-მინისტრ ირაკლი კობახიძესთან შეხვედრას ითხოვენ.
23:17 / 17-04-2024
ამერიკული ანალიტიკური ცენტრის, საგარეო პოლიტიკის კვლევის ინსტიტუტის (FPRI) ევრაზიის პროგრამის ხელმძღვანელი ბობ ჰამილტონი საქართველოში ბოლო დღეების მანძილზე განვითარებულ მოვლენებთან დაკავშირებით საკუთარ მოსაზრებას ავრცელებს და სოციალურ ქსელში წერს, რომ საქართველოში რუსეთის ინტერვენციაა შესაძლებელი.
22:29 / 17-04-2024
საქართველოს პრეზიდენტი სალომე ზურაბიშვილი საპროტესტო აქციას ეხმაურება.
22:08 / 17-04-2024
ლაგოდეხის მუნიციპალიტეტის, სოფელ ვარდისუბნის საჯარო სკოლის მოსწავლემ, მარიამ ძამანაშვილმა, „საქართველოს 2024 წლის ჩემპიონატი კრივში მოსწავლეთა შორის“ პირველი ადგილი დაიკავა. ის ასევე „საქართველოს 2023 წლის მოსწავლე მოკრივეთა ჩემპიონატის“ პირველი ადგილის მფლობელია.
13:43 / 25-03-2024
ვალუტა
EUR
EUR
1
3.5859
USD
USD
1
3.2054
GBP
GBP
1
4.2911
TRY
TRY
1
0.2316
RUB
RUB
100
3.2024
ამინდი
გურჯაანი 14 / 26 °C
img
საგარეჯო 15 / 26 °C
img
დ.წყარო 12 / 25 °C
img
სიღნაღი 14 / 27 °C
img
ლაგოდეხი 14 / 23 °C
img
ყვარელი 14 / 26 °C
img
თელავი 16 / 27 °C
img
ახმეტა 14 / 27 °C
img
კალენდარი
«« მაისი 2024 »»
2930 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 12

speqtri.ge შენი ვებგვერდი


მოცემული ვებ გვერდი „ჯუმლას" ძრავზე შექმნილი უნივერსალური კონტენტის მენეჯმენის სისტემის (CMS) ნაწილია. ის USAID-ის მიერ დაფინანსებული პროგრამის "მედია გამჭვირვალე და ანგარიშვალდებული მმართველობისთვის" (M-TAG) მეშვეობით შეიქმნა, რომელსაც „კვლევისა და გაცვლების საერთაშორისო საბჭო" (IREX) ახორციელებს. ამ ვებ საიტზე გამოქვეყნებული კონტენტი მთლიანად ავტორების პასუხისმგებლობაა და ის არ გამოხატავს USAID-ისა და IREX-ის პოზიციას.
This web page is part of Joomla based universal CMS system, which was developed through the USAID funded Media for Transparent and Accountable Governance (MTAG) program, implemented by IREX. The content provided through this web-site is the sole responsibility of the authors and does not reflect the position of USAID or IREX.