სპექტრის დამატება
Yormuğanlıda zibillik problemi nə vaxt həll olunacaq?
Yormuğanlı icması Saqareco bələdiyyəsindən 37 km məsafədə yerləşir. Buraya 6 kənddə yaşayan 25 min nəfərə qədər insan daxildir. Yerli sakinlərin dediyinə görə, icmada nə bir dənə də olsun zibil qutusu var, nə də buraya zibil daşıyan maşın gəlir. Buna görə də məişət tullantılarını dərəyə tökməyə məcburdurlar.
Tüllərdən Qazlara gedən yolun kənarında kisələrə doldurulmuş zibillər toplanıb. Qazlar sakini Razim Məmmədovun dediyinə görə bu sahəyə digər kəndlərdə yaşayanlar da zibil atır.
“Bütün əhali zibili buraya atır. Şəxsən mən maşınla kəndin qurtaracağına aparıram. Başqa yolum yoxdur”.

Ləmbəli kəndinin dərəsi də çirkləndirilmişdir. Novruz Rəşidov bildirir ki, buna görə də yayda onları dözülməz üfunət, gəmirici və həşəratlar narahat edir.
“Bütün dərələrdə zibil yığılıb. Özünüz də baxa bilərsiniz. Tullantıları ev quşları və heyvanlar yeyir, lakin nə edək, maşın gəlmir, həyətə yığası deyilik ki”?!
Ləmbəli sakini Həsən Abdullayev əmindir ki, kəndə zibil maşını gəlsə, xidmət haqqını əhali özü problemsiz şəkildə ödəyər.

“Yiyəmiz yoxdur, bu da ona görə baş verir. Bir maşın təyin eləsinlər, heç olmasa həftədə iki dəfə tullantıları daşısın. Hər ailəyə də 2 lari haqq təyin eləsinlər, kim ödəməz? Bizim məhəllədə 50 ailə yaşayır və onların hər birinə mən özüm cavabdehəm. Kimin maşını var, zibili toplayır və sahilə aparır. Cərimələnmə halları da olmuşdu, lakin xalq yenə də eyni şeyi təkrarlayır, nə edə bilərlər? Bu boyda icmadır, 25 min nəfər yaşayır və bu problem olmamalıdır!”
Gürcüstanda hal-hazırda 63 qanuni zibillik var, lakin heç biri Avropa standartlarına cavab vermir.

Avropa İttifaqının standartlarına görə zibilliklər elə tikilməlidir ki, əhaliyə ziyan verməsin. Zibillikdə və ətraf ərazilərdə üfunət, səs-küy və toz olmamalıdır. Tullantılar hər gün torpaqla örtülməlidir. Onlar mütləq ayrılmalıdır. Qatı tullantı poliqonu su keçirməyən alt təbəqə, drenaj və sızıntı sularını təmizləyən qurğu, həşərat və quşları qorxuducu cihazlar ilə təchiz olunmalıdır. Məişət tullantı poliqonlarında dezinfeksiyaedici sahələr və tullantıların emal və istifadəsi üçün müasirsistem olmalıdır.

Zibilliklərlə bağlı Gürcüstan və Avropa İttifaqı arasında assosiasiya sənədindəki qaydaların həyata keçirilməsinin 2015-ci il üçün fəaliyyət planında aşağıdakı fəaliyyətlər qeyd olunub:
1. “Zibilliklərin təşkil olunması, fəaliyyəti, bağlanması və sonrakı mərhələdə baxılması haqqında” qanuni aktların hazırlanması və hakimiyyətə təqdim olunması;
2. Mövcud zibilliklərin uyğunluğu planının hazırlanması;
3. İmkanları gücləndirmək məqsədilə müvafiq beynəlxalq təcrübə əsasında texniki yardımın tapılması;
4. Zibilliklərin monitorinqi sisteminin yaradılması üçün beynəlxalq maliyyənin axtarılması:
5. Maddi-texniki bazanın (müvafiq səyyar avadanlıqlar və stasionar laboratoriya ilə təchiz olunma) yaradılması və s.

Bütün bunlara görə aşağıdakı idarələr cavabdehlik: Ətraf Mühit və Təbii Resursların Mühafizəsi Nazirliyi, Regional İnkişaf və İnfrastruktur Nazirliyi və “Gürcüstan Qatı Tullantıların İdarə Olunması Şirkəti” MMC.
Ətraf Mühit və Təbii Resursların Mühafizəsi Nazirliyinin məlumatına görə, zibilliklərlə bağlı Gürcüstan və Avropa İttifaqı arasında assosiasiya sənədindəki qaydaların həyata keçirilməsinin 2015-ci il üçün fəaliyyət planında qeyd olunanmaddələrlə bağlı normativ sənədlər işlənib hazırlanıb ki, bunu da hakimiyyət keçən ilin avqust ayında təsdiqləyib.

Nazirlikdən bildirildiyinə görə, Ətraf Mühitin Mühafizəsi Nazirliyi siyasəti müəyyən edən orqandır. Onların vəzifəsi qanunvericilik baxımından işləməkdir və müqavilə ilə nəzərdə tutulan bütün maddələr yerinə yetirilib. Bundan sonra isə zibilliklərin idarə olunması və sonrakı baxımı qatı tullantılar agentliyinin vəzifəsidir.

“Qatı Tullantıların İdarə Olunması şirkəti”nin direktorunun məsləhətçisi Xatuna Çikviladzebizimlə söhbətində qeyd etdi ki, Avropa standartlarına cavab verən zibillik Gürcüstanda hələlik yoxdur.
“Ölkə miqyasında olan bütün zibilliklər bizim şirkətə məxsusdur. Praktiki olaraq çoxunu qaydaya salmışıq. Bunları assosiasiya müqaviləsinin şərtləri qüvvəyə minməzdən əvvəl qaydaya salmışdıq. İndi Ətraf Mühitin Mühafizəsi Nazirliyinə təqdim etməliyik və tələb etməliyik ki, zibilliklər bu günkü vəziyyətdə maksimum 8 il işləsin. Bundan sonra ətraf mühitə nəzarət icazəsi olmayan zibilliklər bağlanılacaq. Mərhələli şəkildə regionlarda təşkil etməyə keçəcəyik. Hal-hazırda Kvemo Kartlidə və Kutaisidə belə zibilliklər tikirik. Kaxeti və Sameqrelo-Yuxarı Svaneti bölgələrində də ilkin araşdırmalar başlanıb. Araşdırma əsasında bu bölgələrdə zibilliklər üçün yerlər seçiləcək. Bundan sonra isə vəsait ayrılacaq.
Onun sözlərinə görə, Yormuğanlı kəndlərindəki problemin həlli yerli özünüidarə orqanının səlahiyyətindədir.

“Bələdiyyə bu ərazilərdə təmizlik və əhalinin cərimələnməsini təmin etməlidir. Lakin xidmət göstərmirsənsə, konteynerlər qoymursansa və zibilin daşınmasını təmin etmirsənsə, cərimələyə də bilməzsən. Bu halda xalq zibili haraya aparmalıdır? Bizim şirkətin cavabdehliyi tullantılar zibilliyə gəldikdən sonra başlayır. Buna qədər biz qarışmırıq. Saqarecoda olan zibilliyə gəlincə isə bu qanunidir, lakin sonralar bu da bağlanacaq. Ümumiyyətlə Saqarecoda fəaliyyət göstərən bütün zibilliklər ləğv olunacaq və bir, regional zibillik olacaq”, – o, qeyd etdi.

Xatuna Çiviladzenin bildirdiyinə görə, şirkət artıq Gürcüstan və Avropa İttifaqı milli planında qeyd olunan maddələrlə işləyir.
“Zibillikdə metan qazının miqdarını müəyyən edən avadanılığı donorların köməyilə almışıq. Bu avadanlıqdan Gürcüstanda heç kəsdə yoxdur. USAİD-in köməyilə avadanlığı almışıq. Avadanlıq artıq Gürcüstana gətirilib və bu yaxınlarda təhvil alınacaq. Stasionar laboratoriyaya gəlincə isə bahalıdır. Bu haqda biz donorlar və hakimiyyət nümayəndələrindən xahiş etmişik. Bu monitorinqə mane olmur, çünki digər bir yol da var. Mövcud laboratoriyalarla müqavilə bağlanılacaq. Lakin özümüzün laboratoriyamız olması üçün çalışırıq.”

Gələcəkdə Yormuğanlı kəndlərində bu problemin həll olunub-olunmayacağı ilə bağlı Saqareco bələdiyyəsinin rəhbərliyi ilə əlaqə saxladıq. Bələdiyyənin əmlakın idarə olunması, iqtisadi inkişaf, statistika, infrastruktura, məkanların təşkili, arxitektura və inşaat xidmətinin rəhbəri Qiorqi Kurdovanidzenin bildirdiyinə görə bu məsələlərin həlli bu il mümkün deyil.
“Biz təəssüf ki, Yormuğanlı kəndlərinin qatı tullantılarını təmizləyə bilmirik. Tez-tez zibillənmiş yerləri büdcə hesabına təmizləyirik, texnika aparırıq. Əməkdaşlarımızın da iştirak etdiyi iməcliklər təşkil edirik. Əhaliyə bir neçə dəfə xəbərdarlıq etmişik ki, zibillərini bir yerə toplasınlar, lakin bir nəticəsi olmur. Bu il zibil qabları qoymaq istəyirdik, lakin büdcənin az olmasına görə bunu edə bilmədik. Keçən il digər kəndlərə zibil qabları qoyduq, lakin təəssüf ki, o sahəni mənimsəyə bilmədik,” – o, qeyd etdi.

Onun bildirdiyinə görə, qeyd olunan məsələ üzərində artıq iş gedir. 2017-ci ildə bunun üçün büdcədən vəsait ayrılacaq. Yormuğanlı kəndlərində zibil qabları qoyulacaq və hər iki gündən bir zibil xüsusi texnika ilə daşınacaq.




სტატიის ქართული ვერსია

SPEKTRI-XÜSUSİ BURAXILIŞ-pdf
| Print |  E-mail
FaceBook Twitter Google
ამავე კატეგორიაში
Samtsxe-Cavaxeti, Kvemo Kartli və Kaxetidə COVID-19 vaksinasiyası
ilə bağlı vəziyyət necədir - GSCD təşkilatı
Samtsxe-Cavaxeti, Kvemo Kartli və Kaxetidə COVID-19 vaksinasiyası ilə bağlı vəziyyət necədir - GSCD təşkilatı "Vaccination4Georgia" layihəsi çərçivəsində məlumatlandırıcı kampaniya həyata keçirdi.
14:09 / 08.12.2022
Ləmbəli ictimai məktəbinin 9-cu sinfindəki 68 şagirddən ilin
sonunda 37-si təhsilini dayandırıb. Dəqiq səbəbi məlum deyil, lakin
direktorun dediyinə görə, bəzən bu onların ailənin təsrrüfat
işlərinə qoşulması ilə bağlı olur.
Ləmbəli ictimai məktəbinin 9-cu sinfindəki 68 şagirddən ilin sonunda 37-si təhsilini dayandırıb. Dəqiq səbəbi məlum deyil, lakin direktorun dediyinə görə, bəzən bu onların ailənin təsrrüfat işlərinə qoşulması ilə bağlı olur.
14:30 / 27.02.2017
Ləmbəli kəndi, günorta saat üçdür. Kənd bulağına enirik. Bir azdan
çiynində səhəng olan bir qadın yaxınlaşır. Başıını əyir və suallara
cavab verə bilmir, çünki gürcü dilini yaxşı başa düşmür.
Ləmbəli kəndi, günorta saat üçdür. Kənd bulağına enirik. Bir azdan çiynində səhəng olan bir qadın yaxınlaşır. Başıını əyir və suallara cavab verə bilmir, çünki gürcü dilini yaxşı başa düşmür.
13:34 / 27.02.2017
Saqareco bələdiyyəsinin Yormuğanlı icmasında viza
liberallaşdırılması haqqında elə də çox bilmirlər. Onu da bilmirlər
ki, martın sonlarından etibarən Avropa ölkələrinə vizasız səyahət
edə biləcəklər.
Saqareco bələdiyyəsinin Yormuğanlı icmasında viza liberallaşdırılması haqqında elə də çox bilmirlər. Onu da bilmirlər ki, martın sonlarından etibarən Avropa ölkələrinə vizasız səyahət edə biləcəklər.
11:17 / 27.02.2017
სამართალი
თელავში მომხდარი ქურდობის 4 ფაქტზე 1982 წელს დაბადებული შ.ჯ. დააკავეს. შინაგან საქმეთა სამინისტროს ინფორმაციით, დანაშაული 4-დან 7 წლამდე ვადით თავისუფლების აღკვეთას ითვალისწინებს.
11:48 / 27-03-2024
სპეციალური საგამოძიებო სამსახურის მიერ, არასრულწლოვნის თანდასწრებით ოჯახში ძალადობის და მუქარის ფაქტებზე, მხილებულია შინაგან საქმეთა სამინისტროს განსაკუთრებულ დავალებათა დეპარტამენტის თანამშრომელი ა.ბ.
11:35 / 21-02-2024
საქართველოს შინაგან საქმეთა სამინისტრო იმერეთის რეგიონში სტიქიის შედეგებთან დაკავშირებით, განცხადებას ავრცელებს.
16:25 / 07-02-2024
ეკონომიკა
საქართველოს 63 მუნიციპალიტეტში, მათ შორის კახეთის რეგიონში, ქალაქებში შესასვლელების აღმნიშვნელი სტენდები მოეწყობა, რომელზეც დამონტაჟდება მუნიციპალიტეტის გერბი, განათებები და ქალაქის დასახელებები.
12:16 / 12-04-2024
USAID-ის ეკონომიკური მმართველობის პროგრამისა და წყლის რესურსების მართვის რეფორმის ფარგლებში, სააგენტოს წარმომადგენლები თელავში მედიის წარმომადგენლებს შეხვდნენ.
12:03 / 10-04-2024
სხვა ამბები
ვრცელდება ოპოზიციონერი დეპუტატის, ალეკო ელისაშვილის დაკავების კადრები. რამდენიმე წუთით ადრე, ელისაშვილი მომიტინგეებთან ერთად ირაკლი კობახიძესთან შეხვედრას ითხოვდა.
00:46 / 18-04-2024
ამერიკის შეერთებული შტატების სახელმწიფო დეპარტამენტის პრეს-სპიკერი მოადგილე, ვედანტ პატელი კვლავ ეხმიანება ე.წ „აგენტები კანონს“ და საქართველოს ხელისუფლებას გაფრთხილებების გათვალისწინებისკენ მოუწოდებს, რადგან აღნიშნული კანონი არ შეესაბამება ევროკავშირის ნორმებს.
23:54 / 17-04-2024
საპროტესტო აქციის მონაწილეები მსვლელობით გადავიდნენ მთავრობის კანცელარიისკენ და პრემიერ-მინისტრ ირაკლი კობახიძესთან შეხვედრას ითხოვენ.
23:17 / 17-04-2024
ამერიკული ანალიტიკური ცენტრის, საგარეო პოლიტიკის კვლევის ინსტიტუტის (FPRI) ევრაზიის პროგრამის ხელმძღვანელი ბობ ჰამილტონი საქართველოში ბოლო დღეების მანძილზე განვითარებულ მოვლენებთან დაკავშირებით საკუთარ მოსაზრებას ავრცელებს და სოციალურ ქსელში წერს, რომ საქართველოში რუსეთის ინტერვენციაა შესაძლებელი.
22:29 / 17-04-2024
საქართველოს პრეზიდენტი სალომე ზურაბიშვილი საპროტესტო აქციას ეხმაურება.
22:08 / 17-04-2024
ლაგოდეხის მუნიციპალიტეტის, სოფელ ვარდისუბნის საჯარო სკოლის მოსწავლემ, მარიამ ძამანაშვილმა, „საქართველოს 2024 წლის ჩემპიონატი კრივში მოსწავლეთა შორის“ პირველი ადგილი დაიკავა. ის ასევე „საქართველოს 2023 წლის მოსწავლე მოკრივეთა ჩემპიონატის“ პირველი ადგილის მფლობელია.
13:43 / 25-03-2024
ვალუტა
EUR
EUR
1
3.5859
USD
USD
1
3.2054
GBP
GBP
1
4.2911
TRY
TRY
1
0.2316
RUB
RUB
100
3.2024
ამინდი
გურჯაანი 10 / 19 °C
img
საგარეჯო 8 / 17 °C
img
დ.წყარო 8 / 15 °C
img
სიღნაღი 11 / 20 °C
img
ლაგოდეხი 9 / 18 °C
img
ყვარელი 10 / 19 °C
img
თელავი 9 / 16 °C
img
ახმეტა 8 / 16 °C
img
კალენდარი
«« მაისი 2024 »»
2930 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 12

speqtri.ge შენი ვებგვერდი


მოცემული ვებ გვერდი „ჯუმლას" ძრავზე შექმნილი უნივერსალური კონტენტის მენეჯმენის სისტემის (CMS) ნაწილია. ის USAID-ის მიერ დაფინანსებული პროგრამის "მედია გამჭვირვალე და ანგარიშვალდებული მმართველობისთვის" (M-TAG) მეშვეობით შეიქმნა, რომელსაც „კვლევისა და გაცვლების საერთაშორისო საბჭო" (IREX) ახორციელებს. ამ ვებ საიტზე გამოქვეყნებული კონტენტი მთლიანად ავტორების პასუხისმგებლობაა და ის არ გამოხატავს USAID-ისა და IREX-ის პოზიციას.
This web page is part of Joomla based universal CMS system, which was developed through the USAID funded Media for Transparent and Accountable Governance (MTAG) program, implemented by IREX. The content provided through this web-site is the sole responsibility of the authors and does not reflect the position of USAID or IREX.